06 Sentyabr 2021 15:10
594
DÜNYA
A- A+

Rəcəb Tayyib Ərdoğan: Könüllü davam etdirdiyimiz peyvəndləmə prosesində ümumilikdə 100 milyon doza həddinə çatırıq  

 

Təhsilə hazırlıq prosesində aidiyyəti bütün qurumların, eləcə də alimlərimizin fikirlərini öyrəndik. Milli Təhsil Nazirliyi ilə Səhiyyə Nazirliyi birgə tədbirləri və atılacaq addımları müəyyənləşdirdi. Valideynlərin övladlarını təhlükəsiz şəkildə məktəbə göndərə biləcəyi bir təməl yaratdıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda 2021-2022-ci təlim-tədris ilinin açılış mərasimində çıxışı zamanı bildirib.

Türkiyədə aparılan vaksinasiya prosesi haqqında danışan Prezident deyib: “Könüllü olaraq davam etdirdiyimiz peyvəndləmə prosesində artıq ümumilikdə 100 milyon doza həddinə çatırıq. Ölkəmizdə hər bir vətəndaş pulsuz və sürətli şəkildə peyvəndlənə bilir. Bir çox ölkələrin hələ də kütləvi peyvəndlə bağlı ciddi problemlərlə üzləşdiyini nəzərə alsaq, bu rəqəm ölkəmiz üçün əhəmiyyətli bir uğurdur. Ənənəvi təhsili davam etmək qərarındayıq.

Keçən il başlayan və artıq uzun zamandır dünyanı sarsıdan koronavirus pandemiyası təhsilə də mənfi təsir göstərdi. Demək olar ki, hər bir ölkə xəstəliyə nəzarət etmək üçün küçə qadağaları da daxil olmaqla bir sıra sərt tədbirlərə əl atıldı. Türkiyə olaraq, ölümcül təsirin yüksəkliyini nəzərə alaraq ehtiyatlı davranmalı olduq. Uşaqlarımızın və müəllimlərimizin sağlamlığını təhlükəyə atmamaq üçün maksimum həssaslıq göstərdik. Bəzən məktəbləri açaraq bu dövrü geridə qoyduq. Uşaqlarımızın pandemiya dövründə təhsillərinin davamiyyətini təmin etdik. Bu günədək şagirdlərimizə iki milyon kompüter hədiyyə etdik. Şagirdlərimizin önündəki ümidi görür, ölkəmizin aydınlıq gələcəyinə bütün qəlbimlə inanıram”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video