22 Oktyabr 2011 07:10
493
PARLAMENT
A- A+

Rəbiyyət Aslanova: «Avropa aqressivliyi, emosional yanaşma tərzini sevmir»

 

Avropa aqressivliyi, emosional yanaşma tərzini sevmir. AzərTAc xəbər verir ki, bu sözləri Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova demişdir.

Rəbiyyət Aslanova ATƏT PA-nın payız sessiyasında Azərbaycan nümayəndə heyətinin çox rahat, faktlara əsaslanan mövqe nümayiş etdirdiyini vurğulayaraq bildirmişdir: "Ancaq bizdən fərqli olaraq erməni tərəfi, xüsusilə həmin ölkənin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Safaryan çox aqressiv şəkildə danışırdı və onun bu hərəkəti gülüş doğururdu".

Komitə sədri qeyd etmişdir ki, "həmsədrlər bizi birmənalı olaraq dəstəkləyirlər" kimi fikirlərdən uzaq olmalıyıq. Onlar bir sıra məqamlarda yenə ikili yanaşma nümayiş etdirirlər. Rəbiyyət Aslanova bildirmişdir ki, ATƏT PA-nın son payız sessiyasında həmsədrlər əyani şəkildə gördülər ki, Ermənistanı çıxmaq şərtilə sözügedən qurumun 56 üzvü artıq  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdırlar.

"Düzdür, qurumun 56  üzvünün heç də hamısı eyni çəkiyə, eyni gücə, eyni nüfuza malik deyildir. Onların içərisində öz sözü, öz mövqeyi, öz nüfuzu güclü olanlarla yanaşı, nisbətən zəif olanları da vardır. Ancaq bu qurum daxilində son yaşananlar, ölkəmizin mövqeyinin açıq şəkildə dəstəklənməsi əslində dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın dünyadakı nüfuzunun  güclənməsinin sübutudur", deyə komitə sədri qeyd etmişdir. R.Aslanova, eyni zamanda, bildirmişdir ki, bəlkə də ilk dəfə idi ki, ATƏT PA üzvləri bu münaqişənin həll olunmasında bu qədər birgə mövqe nümayiş etdirmək məsuliyyətini öz üzərlərinə götürürdülər. Bu isə heç şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəhayət, ədalətli həlli yolunda uzun müddətdən bəri gözlənilən müsbət addımların atılacağına bir işarə sayıla bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video