02 Iyul 2021 16:25
1094
Səhiyyə
A- A+

Ramin Bayramlı: Azərbaycanda koronavirus əleyhinə peyvənd ehtiyatı kifayət qədər çoxdur

 

Azərbaycanda yeni növ koronavirus (COVID-19) əleyhinə peyvənd ehtiyatı kifayət qədər çoxdur və ölkəyə vaksinlərin gətirilməsi prosesi davam edir.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının həyata keçirdiyi "PROACT-Care" layihəsi çərçivəsində Şamaxıda səyyar klinikaların təhvil-təslim mərasimində Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

TƏBİB-in sədri qeyd edib ki, COVID-19-a qarşı vaksinasiya çərçivəsində xeyli peyvəndin alınması planlaşdırılıb: "Peyvənd idxalı üçün ikitərəfli müqavilələr imzalamışıq. Nəticədə koronavirus əleyhinə vaksinlər əhali üçün əlçatandır. Bundan sonra da elmi statistik məlumatlara əsasən, ehtiyac duyulan vaksinlərlə peyvənd ehtiyatımızı daim yeniləyəcəyik”.

R.Bayramlı 3-cü doza vaksin vurulması ilə bağlı suallara da aydınlıq gətirib: "Məsələ ilə bağlı elm adamları və Nazirlər Kabineti yanında Operativ Qərargah müzakirələr aparır. Həmçinin koronavirus əleyhinə vaksinin iki dozada tətbiqindən sonra istifadə ediləcək 3-cü dozanın hansı vaksin olması ilə bağlı da dünyada tədqiqat işi davam edir. Bütün statistik tədqiqatlar, elmi araşdırmalar toplanılıb qərar verildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Onu da qeyd edim ki, ölkədə hansı vaksin çeşidinə tələbat olarsa, əhali məhz həmin peyvəndlərlə təmin ediləcək. Azərbaycanda istifadə edilən vaksinlər təhlükəsiz və effektivdir. Bu vaksinlərin istifadəsindən sonra vətəndaşlarda ağırlaşma müşahidə edilməyib, ancaq çox kiçik allergik reaksiyalar olub. Allergik reaksiyalara ənənəvi vaksinlərdə də rast gəlindiyini nəzərə alaraq, deyə bilərik ki, bu, normaldır. Məsələ ilə bağlı mütəmadi olaraq monitorinq aparılır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video