13 Iyul 2021 00:30
843
SİYASƏT
A- A+

RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkilatın Regionlararası forumu keçirilib

 

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Sankt-Peterburqda bu təşkilatın Regionlararası forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin Sankt-Peterburqdakı barelyefinin ziyarəti ilə başlanıb. İştirakçılar Gənclər siyasəti və ictimai təşkilatlarla qarşılıqlı əlaqə üzrə Komitə sədrinin müavini İvan Yesipovla birgə “Böyük Vətən müharibəsi qəhrəmanları” və “Müharibə övladları” abidələrinin önünə güllər düzüblər.

Forumun rəsmi açılışı “Vahid Rusiyanın Gənc Qvardiyası” Sankt-Peterburq şəhər şöbəsinin rəhbəri Aleksandr Malikovun, Sankt-Peterburq Millətlər Evinin direktoru Valeri Nikolayevin, RAGB-nin Sankt-Peterburq üzrə regional şöbəsinin rəhbəri Elman Manafovun və RAGB-nin məsul katibi Ceyhun Hüseynovun çıxışları ilə başlayıb. 

C.Hüseynov çıxışında RAGB-nin sədri Leyla Əliyevanın sağlam həyat tərzi və ətraf mühitə qayğı məsələlərinə xüsusi diqqət göstərməsini vurğulayıb. Forum iştirakçıları gənclərin sosial cəhətdən həssas kateqoriyası ilə iş barədə məlumatlandırılıb.  Məlum olduğu kimi, Azərbaycanda 2021-ci il “Nizami Gəncəvi ili” elan edilib. Bununla əlaqədar RAGB-nin Regional forumunun iştirakçıları şair və filosof Nizami Gəncəvinin Sankt-Peterburqdakı abidəsini ziyarət ediblər.  Forum Sankt-Peterburq şəhərində yerləşən Aviatorlar parkında Dostluq xiyabanının salınması ilə davam edib. Təşkilatın artıq ənənəyə çevrilən ağacəkmə ekoloji aksiyasında “Vahid Rusiyanın Gənc Qvardiyası”nın könüllüləri də iştirak ediblər. Tədbirin sonunda iştirakçılar bir-birilərinə xatirə hədiyyələri veriblər.  Regionlararası forumların keçirilməsində məqsəd RAGB-nin regional şöbələrinin daha səmərəli qarşılıqlı əlaqələri üçün platformanın yaradılmasıdır. Forumlarda RAGB-nin fəal iştirak edə və regional şöbələri dəstəkləyə biləcəyi ideya və layihələr geniş müzakirə olunur.

Xatırladaq ki, Sankt-Peterburqda keçirilən forum RAGB-nin 2021-ci ildə təşkil olunun sayca dördüncü forumudur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video