06 Noyabr 2016 12:11
700
Oxucu məktubları
A- A+

Qürur hissi keçirirəm

 

Bu gün hər bir azərbaycanlı azad, müstəqil dövlətin vətəndaşı olması ilə fəxr edir, sonsuz qürur hissi keçirir. Bu müstəqillik igid və qeyrətli oğullarımızın canı, qanı bahasına  əldə edilib. Mən bir ana kimi ikiqat qürur hissi keçirirəm ki, müstəqilliyimizin qazanılmasında və möhkəmlənməsində oğlum Elgizin də payı var. Erməni işğalçıları müstəqilliyimizin ilk illərində torpaqlarımıza təcavüz edəndə o da silaha sarılaraq düşmənlə savaşa yollandı. Ağır döyüşlərin birində qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəldi...

Oğlum Elgizin Vətənin azadlığı uğrunda göstərdiyi şücaətlər layiqincə qiymətləndirildi: ulu öndər Heydər Əliyevin sərəncamı ilə ona ən yüksək fəxri ad - Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Vaxtilə təhsil aldığı orta ümumtəhsil məktəbi indi Elgizin adını daşıyır. Bu məktəbin şagirdləri, eləcə də müəllim kollektivi müntəzəm olaraq mənimlə görüşür, problemlərimlə maraqlanır, qayğı yükümü azaltmağa çalışırlar. Onun ruhuna yüksək ehtiram göstərilməsi bir şəhid anası kimi mənim ağrılarımı azaldır, yarama məlhəm qoyur.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyev tərəfindən də torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin adı uca tutulur, onların ailə üzvlərinə hər cür hörmət və ehtiram göstərilir.

Dövlət müstəqilliyimizin 25-ci ildönümü ərəfəsində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanlarının ailəsinə verilən təqaüdün 30 faiz artırılması  dövlət qayğısının daha bir təzahürüdür.

 

Qumru KƏRİMOVA,

Azərbaycanın Milli Qəhrəmanı Elgiz Kərimovun anası,

Bərdə rayonu

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video