23 Oktyabr 2011 12:10
380
Oxucu məktubları
A- A+

Qürur doğuran tədbir

 

Biz də bu günlərdə "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə Bakıda keçirilən beynəlxalq humanitar forumunun gedişini maraqla izlədik. Bu forum Azərbaycan xalqına, dövlətinə qürur gətirən bir tədbir idi. Biz müəllimlərin diqqətini çəkən o oldu ki, bütün qonaqlar - Humanitar Bakı Forumunun iştirakçıları bir nəfər kimi etiraf edirdilər ki, ölkəmizi müharibə şəraitində belə, çiçəklənən və inkişaf edən qüdrətli dövlət kimi görəcəklərini ağıllarına belə gətirmirdilər. Bakının gözəlliklərinə aludə oduqlarını gizlətmirdilər. Biz bu bir neçə gündə ölkəmizə, paytaxta xaricilərin gözü il baxdıq, onların dilindən ölkəmizin uğurlarının necə qiymətləndirildiyini eşitdik. Burada cəbhə bölgəsində, təmas xəttində yaşanılan gərginliklərə baxmayaraq Azərbaycanın, həqiqətən də, Şərqin liderinə çevrildiyini alimlərin - Nobel mükafatı lauretlarının, dilindən  eşitmək çox xoşdur. Axı, biz Ayaq Qərvənd kənd məktəbinin müəllimləri bəzən atəş səsləri altında dərs deyirik. Bir də, dünyanın nadir məktəblərində müəllimlər düşmən gülləsindən həlak olan şagirdlərini torpağa tapşırarlar. Biz erməni snayperinin öldürdüyü 8 yaşlı şagirdimiz Farizi dəfn etmişik. Belə çətinliklər bizi qorxutmur. Dövlətimizin iqtisadi gücü, hərbi qüdrəti artdıqca bizdə sabaha olan inam daha da möhkəmlənir. Çünki bizi qələbədən-qələbəyə, daha işıqlı sabaha aparan müdrik liderimiz var.

 

Həqiqət ƏLİYEVA,

Camal İSMAYILOV,

Cəfər CƏFƏROV,

Ağdam rayon Ayaq Qərvənd kənd orta məktəbinin müəllimləri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video