07 Fevral 2012 12:02
675
Elm və texnika
A- A+

Qulaqcıqla musiqi dinləmək sağlamlıq və həyat üçün təhlükəlidir

 

Araşdırma sonu bu fikrə gələn iki müstəqil elmi-tədqiqat qrupu telefonlar və müxtəlif portativ qurğular vasitəsilə musiqini qulaqcıqla dinləmək həvəskarlarına xəbərdarlıqla müraciət edib: Qulaqcıq istifadəçiləri 30 yaşa qədər eşitmə qabiliyyətlərini, həmçinin yol-nəqliyyat hadisələrində həyatlarını itirmə riski daşıyırlar.

Merilend Universitetinin (ABŞ) mütəxəssisləri ölkənin elektron sistemlərində toplanılan travmatoloji hesabatların, eləcə də internet axtarış motoru "Google"-in 2004-2011-ci illəri əhatə edən xəbərlər arxivinin təhlilini aparıblar. Alimlər yol-nəqliyyat hadisələrində zərər çəkmiş və insident zamanı qulaqcıqla olmuş piyadalara xüsusi diqqət ayırıblar. Ümumilikdə 70 faizində piyadanın ölümü ilə nəticələnmiş 116 hadisə öyrənilib. Məlum olub ki, zərərçəkənlərin 68 faizi 30 yaşadək kişilər olub. Hadisələrin 55 faizində piyadalar qatar, qalanları isə avtomobil altında qalıb.  Bir sıra hallarda bədbəxt hadisənin qarşısını almaq üçün xəbərdaredici siqnallar verilib və çox güman ki, bu, piyadalar tərəfindən eşidilməyib. Piyada vurmalarının böyük əksəriyyəti şəhərlərdə qeydə alınıb. Bütün sadalanan hallarda piyadalar qulaqcıqla olub.

Tədqiqat son 7 ildə qulaqcıqlı  piyadaların iştirakı ilə yollarda baş verən bədbəxt hadisələrin 3 dəfə artdığını üzə çıxarıb. Ekspertlərin fikrincə, bu sayaq insidentlərin baş verməsi bilavasitə qulaqcıqla yüksək səslə musiqi dinlənilməsi halında diqqətin yayınması, duyğu orqanlarından birinin və ya bir neçəsinin qismən, bəzən isə bütünlüklə funksiyasını  itirməsi ilə əlaqəlidir. Yəni, elektron qurğuların təsirindən duyğu orqanları ətraf mühitdəki dəyişikliyə analoji reaksiya verə bilmir.

Tədqiqat müəllifləri varılan nəticənin qəti rəy kimi qəbul edilməsi üçün əlavə akademik araşdırmalara ehtiyac olduğunu vurğulayıblar. Bununla belə, ekspertlər, belə gedərsə, gələcəkdə qulaqcıqlı piyadaların iştirakı ilə qeydə alınacaq bədbəxt hadisələr statistikasının daha acınacaqlı olacağına əmindirlər.

Digər araşdırma Təl-əviv Universitetinin (İsrail) mütəxəssislərinə aiddir. Onlar qulaqcıqla musiqiyə qulaq asanların bunu hansı səs yüksəkliyində etdiklərini öyrəniblər. Eksperimental əsaslı araşdırmanın yekun rəyi heç də ürəkaçan deyil. İsrailli alimlər iddia edirlər ki, qulaqcıq vasitəsilə yüksək səslə musiqi dinləyən yeniyetmə və cavanlar adətən, qocalığa xas eşitmə problemləri ilə daha tez - cavan yaşlarında üzləşə bilərlər. Bəzi hallarda isə bu, eşitmə qabiliyyətinin tamamilə itirilməsi riski daşıyır.

Təəssüflə qeyd etmək lazımdır ki, problem Azərbaycanda da təzahür etməkdədir. Küçələrdə qulağında qulaqcıq, özünü tamamilə musiqiyə "təslim" etmiş yeniyetmə və gənclərin sayı durmadan artır. Bəzən qulağa yerləşdirilmiş kiçicik qurğudan ucalan gur səs bir neçə metrdən belə eşidilir. Odur ki, bizdə də problem ətrafında maarifləndirmə işi aparılmasına, gənclərin bəzən dəb xətrinə sağlamlıq və həyatlarını risk altında qoyduqlarını onlara qəbul ediləcək münasib formada, çatdırılmasına ehtiyac var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video