07:22 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qubadlıdan olan şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət təltifləri təqdim edilib

ANA SƏHİFƏ / CƏMİYYƏT
01:05 06.08.2021

 

Sumqayıt şəhərində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsində şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub.

Tədbirdə YAP Qubadlı rayon təşkilatının sədri, Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, rayon icra hakimiyyətinin məsul işçiləri, şəhidlərimizin və müharibə iştirakçılarının ailə üzvləri və yaxınları iştirak edib.

AZƏRTAC xəbər verir ki, medalların təqdimolunma mərasimindəki çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad edərək xalqa qürur, fəxarət yaşatdığı günlər yada salınıb.

Bildirilib ki, işğal altında olan torpaqların azad olunması Qubadlı sakinlərini də ürəkdən sevindirdi. Vətən müharibəsi  Azərbaycanda dövlət və xalq arasında olan birliyin sarsılmaz olduğunu sübut etdi. Prezident İlham Əliyevin dəmir yumruğu tarixi ədaləti bərpa etdi. 44 günlük Vətən müharibəsində canı və qanı bahasına ərazi bütövlüyümüzü bərpa edən hər bir əsgər və zabitimiz bizim qürurumuzdur.

Tədbir zamanı Prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman Həmidov Şükür Nəriman oğlunun təltif olunduğu (ölümündən sonra) “Füzulinin azad olunmasına görə” medalı şəhidin oğlu Həmidli Nurlan Şükür oğluna təqdim edilib. Həmçinin 13 nəfər Vətən müharibəsi iştirakçısına “Füzulinin azad olunmasına görə” medalları təqdim olunub.

Daha sonra şəhidlərin ailə üzvləri və Vətən müharibəsi iştirakçıları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM