25 Sentyabr 2011 03:09
335
Səfərlər
A- A+

Qubada kütləvi soyqırımı məzarlığında memorial abidə kompleksi və inzibati bina tikilir

 

Azərbaycan Prezidenti İlham Əliyev Qubaya səfəri çərçivəsində kütləvi soyqırımı məzarlığında abidə kompleksinin və inzibati binanın tikintisi ilə tanış olmuşdur. 

Məlumat verildi ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin  1-də torpaq işləri görülərkən aşkar edilmişdir. Həmin ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılmış, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılmışdır. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir. Kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrində tədqiqat işləri aparılmış, 20 kvadratmetr ərazi isə beynəlxalq tədqiqat işləri üçün saxlanılmışdır. Tədqiqat işlərinin nəticəsində məzarlıqda təxminən 400-dən artıq insan cəsədinin qalıqları aşkar edilmişdir. Onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə yaşlı kişilərdir. Müəyyən olunmuşdur ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada sıx yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına  qətlə yetirilmişdir.

Qeyd edildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə kütləvi soyqırımı məzarlığında abidə kompleksi inşa olunur. Kompleksin yaradılmasında məqsəd ermənilərin vaxtilə Qubada törətdikləri vəhşilikləri beynəlxalq ictimaiyyətə çatdırmaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirməkdir.

Bildirildi ki, Nazirlər Kabinetinin qərarı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair Tədbirlər Planı" təsdiq edilmiş və ərazidə xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin görülməsi nəzərdə tutulmuşdur. Dövlətimizin başçısı 2009-cu ildə Qubaya səfəri zamanı kütləvi məzarlığın yerləşdiyi ərazidə olmuş, tapşırıq  və tövsiyələrini verərək həmin ərazidə "Soyqırımı memorial kompleksi"nin yaradılması barədə sərəncam imzalamışdı. 2010-cu ilin noyabr-dekabr aylarında başlanan tikinti işlərinin 2012-ci ilin avqust-sentyabr ayınadək yekunlaşdırılması nəzərdə tutulmuşdur. İndiyədək  kütləvi məzarlığın yerləşdiyi ərazini sel sularından qorumaq məqsədilə Qudyalçayın məcrasında uzunluğu 400 metr olan qoruyucu beton bənd inşa olunmuş, ərazidə terras yaradılmışdır. Burada 3 qalereya inşa olunacaqdır. Hər birinin uzunluğu 18 metr olan piramidaşəkilli iki kompleksdən ibarət soyqırımı memorial kompleksində qranitdən xüsusi xatirə abidəsi ucaldılacaqdır. Bundan əlavə, kompleksdə inzibati mərkəz də yaradılacaqdır. Hazırda plana uyğun olaraq binanın yerin altında yerləşən hissəsi tikilir. Bununla yanaşı, monolit dəmir-beton konstruksiyalardan ibarət bünövrə, divar işləri ilə paralel olaraq izolə və əks doldurma işləri yerinə yetirilir.

Dövlətimizin başçısı soyqırımı memorial kompleksinin tikintisi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video