14:25 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qrup mərhələsinin seçilənləri

ANA SƏHİFƏ / İDMAN
01:42 25.06.2021

 

“Avro-2020”nin qrup mərhələsinin ən yaxşı göstəricilərinə malik futbolçuların adları bəlli olub. Qol.az UEFA-nın hazırladığı statistik hesabata istinadən xəbər verir ki, ən çox qolu Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo vurub. O, 5 dəfə rəqib qapılarına yol tapıb.

Ən çox qol ötürməsi verən futbolçular Danimarka millisindən Pyer-Emil Xeybyerq və İsveçrə millisindən Stiven Suberdir - hərəyə 3 dəfə.

Ən çox maksimal sürəti olan futbolçular (33.8) İtaliya millisindən Leonardo Spinatsiola və Macarıstandan Loik Neqodur.

Rusiya millisinin oyunçusu Aleksandr Qolovin qrup mərhələsinin ən çox məsafə qət edən futbolçusu olub - 36.0 km.

Kriştiano Ronaldo, Patrik Şik (Çexiya) və Alvaro Morato (İspaniya) zərbələri qapı çərçivəsinə ən çox gedən futbolçulardır (hərəyə 6 dəfə).

Ən çox dəqiq ötürmə edən futbolçu İngiltərə millisindən Ris Ceymsdir (99 faiz - 84 dəqiq ötürmə).

Rəqibdən topu ən çox alan futbolçular sırasına Macarıstan millisindən Ottilo Fiolo, Endre Botko və Avstriya millisindən Ştefan Layner (hərəyə 11 dəfə) başçılıq edir.

Türkiyə millisinin oyunçusu Uğurcan Çakır isə ən çox seyv edən qapıçı  (18 dəfə) olub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM