16 Oktyabr 2021 00:53
729
Elm və texnika
A- A+

Qoruyucu “Dendra”

 

Savaşların davam edən illərdə daha qanlı və mərhəmətsiz olması hərbi texnikalara gətirilən yeniliklərlə yanaşı, şəxsi geyim vasitələrinin də formalaşmasına təkan verdi. Zirehli geyimlərin hazırlanmasında əsas meyar hərəkət etməyə mane olmadan döyüşçünü xarici zərbələrdən qorumasıdır. Buna görə də bu tip geyimlərin ərsəyə gətirilməsi olduqca çətin idi.

Günümüzə məlum ən qədim zirehli geyim Tunc dövrünə aid “Dendra”dır. Bu geyimi 1960-cı ildə isveçli arxeoloqlar Yunanıstanda yerləşən Arqolis bölgəsindən tapıblar. Bürüncdən hazırlanan zirehli geyim eramızdan əvvəl 15-ci əsrə aid edilir. Döyüşçünü boynundan dizinə qədər əhatə edən zireh 18 ədəd fərqli ölçülü bürünc təbəqədən ibarətdir. Burada istifadə olunan ümumi materiallar dəri və bürüncdür. Dəmir lövhələr bir-birinə dəri kəmərlə bağlanıb.

Geyim məzardan qismən talan edilmiş formada tapılıb. Bərpa edildikdən sonra bədən hissədə 2 əsas silindr formalı metal gövdə, dizdən yuxarı hissələri qorumaq üçün 3 ön və 3 arxa lövhələr, dairəvi formalı boyun qoruyucu və iki çiyin qoruyucu yer alır. Bu geyimlə vuruşan döyüşçünün qılıncla savaşdığı həmin qəbirdən tapılan 2 qılıncdan aydın olur. Digər bir məqamla isə bu geyimlə ox və yaydan istifadə etmək çətin olduğundan yalnız yaxın məsafə üçün nəzərdə tutulan silahlardan istifadə edilib. Hazırda “Dendra” zirehli geyimi Yunanıstanda Nafplion Arxeologiya Muzeyində sərgilənir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video