27 Avqust 2021 18:19
223
CƏMİYYƏT
A- A+

Qorçu kəndinin sakini: Buralar bizim dədə-baba torpağımızdır  

 

Bu gün biz laçınlılar üçün möhtəşəm bir gündür, bizim sevincimizin həddi-hüdudu yoxdur. Buralar bizim dədə-baba torpağımızdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Laçın rayon Qorçu kənd sakini, Vətən müharibəsi qazisi Babək Mürsəlov deyib. O bildirib ki, uzun illər bu günü gözləyib: “Allah Prezidentimizi, ordumuzu, xalqımızı qorusun. Şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzu edirəm. Artıq biz öz yurdumuza qovuşmuşuq. Mənim bir çox yaxınlarım, qohumlarım bu diyarın həsrəti ilə dünyadan köçdü. Laçın ölkəmizin ən gözəl rayonlarından biridir. Yolda gələrkən burada başlamış quruculuq işləri məni heyran etdi. Erməni vandallarının yerlə-yeksan etdikləri tikililər sürətlə bərpa olunur. İnanıram ki, bu ərazilər çox inkişaf edəcək”.

Ballıqaya faciəsi haqqında da danışan Laçın sakini tanışlarının da hadisə zamanı həlak olduğunu deyib: “Bu faciə haqqında tanışlarımdan, qohumlarından məlumat toplamışam. Faciə iştirakçılarından biri deyirdi ki, Laçın rayonu işğal edilən zaman doğma yurdumuzdan köçkün düşdük. Əvvəlcə Kəlbəcərdən keçib Toğanada məskunlaşdıq. Sonra isə Goranboyun Ballıqaya ərazisinə gəldik. Ballıqayada qaldığımız üçüncü gecə səhər saat 5 radələrində ermənilər gəlib camaatı qanına qəltan elədilər. Hətta bir nəsildən 24 nəfər erməni cəlladları tərəfindən öldürülmüşdü. Ötən il qəhrəman Azərbaycan əsgəri düşmənə layiqli cavab verərək onlara qan uddurdu, şəhidlərimizin intiqamını aldı”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video