08 Fevral 2012 01:02
278
CƏMİYYƏT
A- A+

Qondarma «erməni soyqırımı»nın inkarına görə cəza nəzərdə tutan qanunun qəbulu dünyada demokratiyaya vurulan zərbədir

 

Gün olsun ki biz sizinlə burada yox, Qarabağda görüşək. Bu sözləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov fevralın 7-də Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, senator xanım Natali Qulenin başçılıq etdiyi nümayəndə heyət ilə görüşərkən söyləmişdir

Komitədə keçirilən görüşdə Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, M.Qorbaçovun Sovetlər İttifaqının rəhbəri seçildikdən sonra onun rəğbətindən istifadə edən ermənilərin "böyük Ermənistan" yaratmaq iddialarını gerçəkləşdirmələri üçün daha da fəallaşmalarından, 1988-1992-ci illərdə Ermənistanda etnik təmizləmə nəticəsində min illər boyu bu  torpaqlarda yaşayan 250 min azərbaycanlının misilsiz qəddarlıq və vəhşiliklə öz ata-baba yurdlarından qovularaq qaçqına çevrilməsindən danışmışdır. Fransalı qonaqların nəzərinə çatdırılmışdır ki, 1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə münaqişənin sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 822, 853, 874, 884 nömrəli qətnamələr qəbul etmişdir. Lakin Ermənistan bu qətnamələrin heç birini yerinə yetirməmişdir.

Əli Həsənov Azərbaycan dövlətinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışaraq vurğulamışdır ki, ölkəmizdə son 20 ildə qaçqın və məcburi köçkünlərə 4,6 milyard dollar vəsait sərf olunmuşdur. Bunun 2,6 milyard dolları büdcə vəsaiti, 1 milyard dolları Dövlət Neft Fondunun vəsaiti, 900 milyon dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir. Hazırda Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Onlardan 250 mini 1988-1992-ci illərdə Ermənistandan qovulmuş azərbaycanlılar, 50 mini 1992-ci ildə Özbəkistandan Fərqanə hadisələri zamanı qovulmuş Axıska türkləri, eləcə də Əfqanıstan, Fələstin, İraq və digər münaqişələrin alovlandığı regionlardan ölkəmizə pənah gətirən insanlar, 600 minə qədəri isə Azərbaycanın işğal olunmuş rayonlarından zorla çıxarılmış məcburi köçkünlərdir.

Humanitar təşkilatlara Azərbaycan hökuməti adından minnətdarlığını bildirən Əli Həsənov demişdir ki, hadisələrin qızışdığı ilk illərdə Azərbaycan humanitar böhranla üz-üzə qalmışdısa, hökumət artıq bu gün öz vəsaiti hesabına qaçqın və məcburi köçkünlərin bütün sosial problemlərini tam həll etmək gücündədir. Demək olar ki, bütün çadır şəhərcikləri ləğv olunaraq əvəzində  müasir tələblərə cavab verən, hər cür infrastruktura malik 70 qəsəbə tikilib istifadəyə verilib. Keçən il bütün kommunal xərcləri (qaz, su, işıq və sairə), eləcə də qaçqın-köçkün ömrü yaşayan tələbələrin təhsil haqları ödənilməklə dövlət tərəfindən hər bir köçkünə 900 dollar vəsait xərclənib.  Buna baxmayaraq, qaçqın və məcburi köçkünlərin beynəlxalq qurumlarla ünsiyyət qurması, xarici mütəxəssislərin ölkəmizlə tanışlıq imkanı və çoxtərəfli inteqrasiya prosesləri baxımından Azərbaycan hökuməti beynəlxalq donorların fəaliyyətini əlverişli hesab edir. Qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərən Azərbaycan hökuməti bu sahədə beynəlxalq və yerli qurumlarla yaxından əməkdaşlıq edir. Əli Həsənov qaçqın və məcburi köçkünlərin yaşayış yerləri, onların sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə də məlumat verərək qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirmişdir.

O, Azərbaycan ilə Fransa arasında əlaqələrin inkişafına da toxunaraq qeyd etmişdir ki, Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. İki ölkə arasında əlaqələr uğurla inkişaf edir. Bu görüşə görə nümayəndə heyətinə təşəkkürünü bildirən Baş nazirin müavini nəzərə çatdırmışdır ki, qarşılıqlı səfərlər çox vacibdir. Bu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Fransa Senatında Qondarma "erməni soyqırımı"nın inkarına görə cəza nəzərdə tutan  qanunun qəbuluna toxunan Baş nazirin müavini 20 il əvvəl erməni cəlladlarının törətdiyi, şahidlərinin hələ də həyatda olduğu Xocalı faciəsini unudaraq Fransa Senatının uydurma tarixə baş vurmasını Türkiyə və Azərbaycanla yanaşı, bütün türk-müsəlman aləminə qarşı yönəldiyini, bundan təəssüf hissi keçirdiyini bildirmişdir.

Ətraflı məlumata görə təşəkkürünü bildirən Fransa parlamentinin üzvü, nümayəndə heyətinin rəhbəri xanım Natali Qulen, eləcə də digər senatorlar bu qanunun əleyhinə çıxdıqlarını bildirərək onun Konstitusiya Şurası tərəfindən ləğv ediləcəyinə ümid etdiklərini bildiriblər.  

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə yaxşı əlaqələrin mövcud olduğu xüsusi vurğulanıb və Azərbaycanın öz həqiqətlərini dünya ictimaiyyətinə daha dolğun  çatdırması üçün xaricdəki fəaliyyətini daha da gücləndirməsi vacib bilinib.

Sonda qonaqlara Dağlıq Qarabağ münaqişəsindən bəhs edən filmin diski  təqdim edilmişdir.

 

Bəxtiyar QARACA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video