18 Yanvar 2012 12:01
353
SİYASƏT
A- A+

Qondarma «erməni soyqırımı» ilə bağlı qanunun Senatda müzakirəyə çıxarılması senatorlar arasında fikir ayrılığına səbəb olmuşdur

 

Fransanın aparıcı Xalq Hərəkatı Birliyi Partiyasından olan deputatın təklifi ilə Milli Assambleyanın dekabrın 22-də keçirilmiş iclasında bir qrup ermənipərəst deputatın təkidi ilə qəbul olunan qondarma "erməni soyqırımı"nın inkarına görə cəza verilməsi barədə qanunun yanvarın 23-də Senatda müzakirəyə çıxarılması senatorlar arasında ciddi fikir ayrılığına səbəb olmuşdur.           

Senatda təmsil olunan ayrı-ayrı partiyalar bu qanunun qəbul edilməsinin ölkə Konstitusiyasına tamamilə zidd olduğunu diqqətə çatdırmışlar. Ekolojistlər Partiyasının sədri Jan-Vənsan Plase təmsil etdiyi qurumun belə bir qanunun qəbul edilməsinin qəti əleyhinə olduğunu bəyan etmişdir. O, yaddaşlara əsaslanan qanuna səs verməyin heç də siyasətçilərin işi olmadığını bildirmişdir.

Avropa İctimai və Demokratlar Birliyi Partiyası heç bir əsası olmayan qanunu dəstəkləmədiklərini vurğulamışdır. Partiyanı senatda təmsil edən senatorlar qeyd etmişlər ki, onların vəzifəsi heç də tarixi hadisələri yazmaq deyildir. Vaxtilə dünyada ilk dəfə insan haqlarının müdafiəsi ilə bağlı qanun qəbul etmiş Fransanın bu gün sübuta yetməyən "soyqırımı" ilə bağlı qanun qəbul etməsi, nəinki iki əsr bundan əvvəl qəbul etdiyi qanunu pozduğuna sübutdur, eyni zamanda, demokratik ölkə kimi formalaşmış imicinə böyük zərbədir.

Senator Natali Qulenin təmsil etdiyi Respublikaçılar və Mərkəzçilər Partiyası da bu qanunun müzakirəsinin qəti əleyhinə olduğunu diqqətə çatdırmışdı.

Hətta iş o yerə çatmışdır ki, qondarma "erməni soyqırımı"nın inkarı ilə bağlı qanunun Milli Assambleyada müzakirəyə çıxarılması təklifini irəli sürmüş deputat Valeri Boyerin təmsil etdiyi Xalq Hərəkatı Partiyasından olan senatorların əksəriyyəti belə bir qanunun qəbulunun Fransa kimi ölkənin imicinə zərbə vuracağını, müxtəlif sahələrdə tərəfdaş olduğu Türkiyə kimi bir dövlətlə əlaqələrinə ciddi təsir edəcəyini xatırladaraq qanunla bağlı səsvermədə iştirak etməyəcəklərini bildirmişlər. 

Həmişə ermənilərin tərəfini saxlayan və daim onları müdafiə edən Sosialist Partiyasından və Kommunist Partiyasından olan senatorlara gəldikdə isə, onlar qanunun lehinə səs verəcəklərini bəyan etmişlər.

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Paris

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video