05 Sentyabr 2021 00:20
1001
Səhiyyə
A- A+

Qönçələrin məharəti

 

Alimlərin gəldiyi qənaətə əsasən, bir fincan qızılgül qönçəsi çayının tərkibində olan vitamin C-nin miqdarı 60 portağalın tərkibində olan miqdara bərabərdir. Qızılgül çayının tibbə məlum olan aşağıdakı faydaları var:

- bədəndən toksinləri yuyub xaric edir;

- bədənə sərinləşdirici effekt verir;

- boğaz ağrılarını, burun axıntısını və bronxların tutulması kimi narahatlıqları aradan qaldırır;

- infeksiyalarla mübarizə aparır;

- bağırsaqlarda faydalı bakteriyaların miqdarını bərpa edir;

- bədəndə suyun qalmasını aradan qaldıraraq böyrəklər vasitəsilə zərərli maddələrin yuyulmasını təmin edir;

- ishal, qəbizlik və digər mədə-bağırsaq xəstəliklərinə qarşı effektivdir;

- qaraciyər problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərir;

- ödün yuyulmasını təmin edir;

- əhval yüksəldici xassəyə malik olduğundan yuxusuzluq, depressiya və yorğunluq zamanı müsbət təsir göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video