15:11 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qlendeyldən olan erməni Los-Ancelesdə türk restoranına hücum etdiyini boynuna alıb
 
ANA SƏHİFƏ / DÜNYA
14:05 09.09.2021

ABŞ Ədliyyə Nazirliyi sentyabrın 8-də elan edib ki, Los-Ancelesdə türk restoranına hücum etməkdə ittiham olunan ermənilərdən biri - Uilyam Stepanyan bu müəssisənin beş müştərisinə hücum etməkdə və restorana ziyan vurulmasında təqsirkar olmasını boynuna alıb. Gözlənildiyinə görə, Stepanyan cinayət törətməsini yaxın həftələr ərzində etiraf edəcək.

AZƏRTAC xəbər verir ki, ABŞ vətəndaşları olan iki etnik erməninin – 23 yaşlı Uilyam Stepanyanın və 23 yaşlı Arutyun Harri Çalikyanın məhkəmə prosesi bu il aprel ayında başlanıb. Onlar 2020-ci il noyabrın 4-də “İstanbul Cafe” türk restoranlarından birinə hücumda iştirak ediblər. Nifrət zəminində cinayətlər törədilməsi barədə altı bənd üzrə ittiham olunan Stepanyan və Çalikyan təqsirkar hesab ediləcəyi halda onları 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasına gözləyir.

İttihamnaməyə görə, Stepanyan 2020-ci noyabrın 4-də səhər öz telefonundan “türkləri ovlamağı” planlaşdırması barədə məlumat göndərib. Elə həmin gün o, “türklərin ermənilərə qarşı təcavüzü” hesab etdikləri əməllərə qarşı etirazlarını bildirmək, Türkiyəyə nifrətlərini ifadə etmək və Ermənistanı dəstəklədiklərini nümayiş etdirmək üçün Çalikyan və erməni mənşəli digər Amerika vətəndaşları ilə görüşüb. Restorana hücumda iştirak etmiş müttəhimlərdən biri müştəriləri hədələyərək deyib: “Biz sizi öldürməyə gəlmişik, biz sizi öldürəcəyik”. Hücum nəticəsində 5 nəfər zərər çəkib, restorana 20 min dollar həcmində ziyan vurulub.

Çalikyan bu iş üzrə oktyabrın 26-da məhkəmə qarşısında cavab verməlidir. O, cinayətkar sövdələşmədə ittihamın bir bəndi üzrə və nifrət zəminində cinayətlər törətməkdə ittihamın 5 bəndi üzrə özünü təqsirkar hesab etməyib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM