23 Oktyabr 2011 12:10
355
İQTİSADİYYAT
A- A+

Qızıl-gümüş ehtiyatlarımız da az deyil

 

Azərbaycanda 2009-cu ildən fəaliyyət göstərən zavodda 3 tondan çox qızıl istehsal edildiyini deyən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun sözlərinə görə, Gədəbəy mis-qızıl yatağının əvvəllər balansa alınmış ehtiyatları yenidən dəyərləndirilib və 23 ton qızıl, 190 ton gümüş və 37 min ton mis hesablanıb.

Hazırda bu yatağın ehtiyatlarının "RV İNVESTMENT" şirkəti tərəfindən istismar edildiyini deyən nazir bildirib ki, Goranboy və Göygöl inzibati bölgələrinin cənub qismini ehtiva edən 400 kvadratmetr ərazidə perspektivliyi ilkin həndəsi ölçülərinə və keyfiyyət göstəricilərinə görə artıq təsbit edilmiş sahələr və zonalar ayrılıb və qızılın 360 ton, gümüşün 1120 ton proqnoz resursları hesablanıb. H.Bağırov həmçinin qeyd edib ki, Daşkəsən filiz bölgəsində Covdar qızıl yatağının sənaye ehtiyatları 44,61 ton qızıl və 164,25 ton gümüş hesablanıb və hazırda bu yataqda "Londex" şirkəti tərəfindən dəqiq kəşfiyyat işləri həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video