14:52 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qızdırmanın qənimi

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:18 05.09.2021

 

Orqanizmə saysız faydaları baxımından qızılgül suyu xüsusi diqqət çəkir. Beyni qüvvətləndirən, eşitmə və görmə qabiliyyətini itiləşdirən gülab özünü yorğun hiss edənlərin köməyinə gəlir. Yorğunluq hissini qısa zamanda aradan qaldırmaq üçün içdiyiniz çayın içərisinə 3-4 damcı gülab əlavə edə bilərsiniz. Gül suyu ilə alını ovmaq da eyni nəticəni verir.

Gül suyunun sərinləşdirici xüsusiyyəti onu qızdırmanı aşağı salmaq üçün ən yaxşı təbii vasitəyə çevirir. Gülab dərinin sağlamlığı üçün də effektlidir. Dəri hüceyrələrinin yenilənməsini dəstəkləyir və parlaqlıq bəxş edir. Bədəndəki toksinlərin atılmasına kömək etdiyi üçün daha sağlam və uzun ömür sürməyinizə kömək edir. Ürək döyüntülərinin nizamlanması üçün qızılgül suyu içmək yaxşı nəticə verir. Gülab boğaz və qulaq ağrılarını, boğazda yaranan iltihabları aradan qaldırmaq üçün əsl dərman hesab edilir.

Göz xəstəliklərinin müalicəsi zamanı da bu möcüzəvi sudan istifadə edilir. Qızılgül suyu gözdə yaranan qızarıqlıqları, göz ağrılarını aradan qaldırır. Mikrob öldürücü xüsusiyyəti sayəsində bu nahiyədə yaranan infeksiyalara qarşı çox təsirlidir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM