13:51 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qırğızıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Bişkekdə Azərbaycan diasporunun üzvləri ilə görüşüb
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:54 04.08.2021

 

Qırğızıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Kayrat Osmonaliyev Qırğızıstan Xalqları Assambleyasında Bişkekdəki Azərbaycan diasporunun aktiv üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəl görüş iştirakçıları qardaş Türkiyədə baş verən meşə yanğınları nəticəsində həlak olanların xatirəsini ehtiramla yad edib, qardaş türk xalqına başsağlığı veriblər.

K. Osmonaliyev Qırğızıstanla Azərbaycan arasında əməkdaşlığın inkişafından danışıb, iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə çıxarılmasının vacibliyini bildirib. Səfir kimi xidmət etdiyi müddətdə bu əlaqələrin daha da yüksəkliyə qaldırılması istiqamətində əlindən gələni edəcəyini vurğulayıb.

Diplomat Azərbaycan və qırğız xalqlarının eyni tarixi köklərə, mədəniyyət, dil, din, adət-ənənəyə malik olduğunu unutmamağın vacibliyini vurğulayıb.

Səfir Qırğızıstandakı Azərbaycan diasporu ilə sıx əməkdaşlıq edəcəyini də bildirib.

Sonra Azərbaycan diasporu adından səfirə müxtəlif xatirə hədiyyələri təqdim olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM