22 Noyabr 2021 14:25
162
CƏMİYYƏT
A- A+

Qırğızıstan dövlət televiziyası Türk Şurasının Zirvə Görüşü barədə veriliş yayımlanıb

 

Qırğızıstanın “Piramida” dövlət televiziya kanalının “Dostluq körpüsü” proqramının növbəti sayı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə Görüşünə və Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə iştirakına həsr olunub.

AZƏRTAC xəbər verir ki, verilişdə dövlət başçılarının keçirdiyi ikitərəfli görüşlər və Zirvə toplantısında qəbul olunan qərarlara geniş yer verilib.

Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyevə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən “Türk Dünyasının Ali Ordeni” ilə bağlı verilişdə geniş videomaterial təqdim edilib.

Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin digər türkdilli ölkələrin rəhbərləri ilə keçirdiyi ikitərəfli görüşlər də işıqlandıırılıb.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qırğızıstanlı həmkarı Sadır Japarovla görüşündə ölkələr arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib.

Xatırladaq ki, proqramın aparıcıları Bişkekdəki “Türkel” Media Qrupunun rəhbərləri Hökümə Xəlilova və Ramiz Məşədihəsənlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video