14 Sentyabr 2011 01:09
584
DÜNYA
A- A+

Qəzzafinin əleyhdarları hərbi cinayətlərdə şübhəli bilinirlər

 

"Amnesty İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatı Liviya Milli Keçid Şurasını (MKŞ) hərbi cinayətlər törətməkdə şübhəli bilir. Təşkilatın saytında dərc olunmuş 107 səhifəlik hesabatda MKŞ qüvvələrinin bu ilin aprelindən iyul ayınadək törətdiyi cinayətlər açıqlanmışdır. Məsələn, hesabatda Müəmmər Qəzzafinin 10 tərəfdarının qətlə yetirildiyi, habelə hökumət qoşunlarının əsir götürülmüş əsgərlərinin işgəncəyə məruz qalması halları barədə məlumat verilir. Bundan əlavə, üsyançılar Saxaranın şimalındakı Afrika qəbilələri nümayəndələrinə münasibətdə ksenofobiyada ittiham edilirlər. Hesabatda bildirilir ki, liviyalılar dəfələrlə zənciləri qarət etmişlər.

Eyni zamanda təşkilatın hesabatında qeyd olunur ki, Liviyanın yeni hakimiyyətinin məsuliyyət daşıdığı cinayətlərin miqyası Qəzzafi rejiminin qəddarlığı ilə heç cür müqayisə oluna bilməz. MKŞ-nin nümayəndələri bu ittihamları rədd etmişlər. Keçid hökumətinin ədliyyə naziri Məhəmməd Əlağinin dediyinə görə, Qəzzafi əleyhdarlarının hərəkətlərini hərbi cinayət adlandırmaq düzgün deyil, çünki MKŞ-nin tərəfdarları hərbçi deyil, üsyançıdırlar. Eyni zamanda Əlaği Qəzzafi əleyhdarlarının müəyyən səhvlərə yol verdiklərini etiraf etmişdir.

Hesabatda həmçinin Qəzzafi rejiminin törətdiyi cinayətlərin geniş siyahısı açıqlanır. Söhbət Liviyada vətəndaş müharibəsi zamanı törədilmiş cinayətlərdən gedir. Hüquq müdafiəçilərinin məlumatına əsasən, Qəzzafinin tərəfdarları bir çox silahsız nümayişçini qətlə yetirmiş və yaralamış, minlərlə adamı oğurlamışdır. Bundan əlavə, onlar qadağa olunmuş kasset bombalarından istifadə etmiş və dinc sakinləri top atəşinə tutmuşlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video