23 Oktyabr 2016 01:10
724
Oxucu məktubları
A- A+

Qəzet və jurnalın yeri başqadır

Bir vaxtlar elə kənd tapılmazdı ki, orada hər ailə 2-3 qəzetə, 1-2 jurnala abunə yazılmasın. Demək olar, hər kəndin də öz poçtalyonu vardı. Poçtalyonlar da onları vaxtlı-vaxtında ünvanlarına çatdırardılar. Bəziləri deyə bilər  ki, indi qəzet-jurnala nə hacət? İnformasiya, kommunikasiya texnologiyaları inkişaf edərək  elə səviyyəyə çatıb ki, dünyanın hər hansı nöqtəsində  baş verən hadisələrdən dərhal xəbər tutmaq olur. Televiziya, radio, xəbər portalları, sosial  şəbəkələr insanların informasiya tələbatını ödəyir.

Bu,  səhv fikirdir. Çap mediasına bu gün də ehtiyac var, sabah da olacaq. Axı baş verən yenilikləri, qəbul olunan qərarları mətbuat səhifələrindən  daha ətraflı  öyrənmək olur.  Kənd yerlərində  bu, özünü daha çox  göstərir. Xüsusilə orta və yaşlı nəslin nümayəndələri qəzet-jurnal oxumağa çox maraqlıdırlar, elə bu sarıdan daha çox korluq çəkən də onlardır. Yaşadığım Bradi, eləcə də yaxşı tanıdığım Qışlaq, Conu, Vijaker, Siyuv, Vov kəndlərində də vəziyyət belədir. 

 İnkişaf etmiş texnologiyanın ən son nailiyyətlərini tətbiq edən dövlətlərdə də qəzet-jurnal çap olunur. Hətta elə ölkələr var ki, avtobus dayanacaqlarında bəzi qəzetləri  müvafiq yerə  səliqə ilə qatlayıb yığırlar. Kim də istəyir pul ödəmədən həmin qəzetləri götürüb oxuyur, nəyi isə öyrənir.

Mətləbdən uzaq düşməyək. Kənd yerlərində yaşayanlar qəzet və jurnallara abunə yazılmaq istəyəndə ortaya belə bir sual çıxır: axı kənddə nə poçt var, nə də  poçtalyon. Abunə yazılası olsaq, onları bizə kim çatdıracaq? Qəzet köşklərindən isə söz açmağa dəyməz.

Əvvəla, elə bir kənd yoxdur ki, orada mağaza olmasın.  Mağaza sahibləri müntəzəm olaraq rayon mərkəzinə mal gətirmək üçün gedirlər. Əgər onlarda bu işə maraq yaradan olsa, rayon mərkəzindəki poçtdan qəzet və jurnalları da götürüb gətirərlər. Hətta mağaza sahibləri içərisindən keçib-getdikləri kəndlərin də tələbatını ödəyərlər.

Fikrimizcə, bu barədə düşünməyə dəyər.

 

Zəfər ƏLİYEV,

Lerik rayonu, Bradi kəndi

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video