03 Noyabr 2011 07:11
391
İQTİSADİYYAT
A- A+

Qeyri-ənənəvi turizm sahələrinin inkişafı müzakirə edilib

 

Regional İnkişaf Mərkəzi "Azərbaycanda qeyri-ənənəvi turizm sahələrinin inkişaf etdirilməsi" mövzusunda mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, tədbirdə qeyri-neft sektorunun, turizmin, əsasən də qeyri-ənənəvi turizm sahələrinin inkişafı yolları müzakirə olunub.

Regional İnkişaf Mərkəzinin direktoru Çingiz İsmayılov bildirib ki, Ümumdünya İqtisadi Forumunun hazırladığı rəqabətliliyin reytinq cədvəlinə əsasən Azərbaycan MDB-də 3-cü, dünyanın 189 ölkəsi arasında isə 83-cüdür: "Statistika onu göstərir ki, əvvəlki illərə nisbətən geriləmə var. Bu da ölkədə son illər turizmin müxtəlif sahələrinin zəif inkişafı ilə bağlıdır. Buna görə də keçən il Azərbaycandan qonşu Gürcüstana istirahət məqsədilə 500 min vətəndaşımız gedib. Bu isə bizim büdcəmizdən 350 milyon dollar vəsaitin itirilməsi deməkdir".

Ç.İsmayılov deyib ki, bütün bunların qarşısını almaq üçün ölkədə avtoturizm, çay turizmi və başqa sahələrin inkişaf etdirilməsi lazımdır: "Dağlıq rayonlarda turizm müəyyən mənada inkişaf etsə də, aran rayonlarında turizm mərkəzləri, demək olar ki, yoxdur. Azərbaycan ərazisindən keçən Kür çayının 906 kilometrdən 500 kilometrə qədər olan hissəsi - Neftçala və Mingəçevir arası çay turizmi üçün çox əlverişlidir. Gəmilərin hərəkəti çayın müəyyən yerlərində lil çöküntüsünün toplanmasının qarşısını alar, suyun səviyyəsinin qalxmasına imkan vermir. Çay turizminin inkişafı balıqçılığın da inkişafına səbəb olar. Ölkədə ilk növbədə kiçik və orta sahibkarlığın inkişafı vacibdir".

Turizm İnstitutunun professoru Bahadur Bilalov isə deyib ki, turizm Azərbaycanda hələ ötən əsrin sonlarında inkişaf edib, sadəcə, iqtisadi əhəmiyyət daşımayıb: "Burada pul qazanmaqdan çox sovet insanının rahat şəraitdə istirahət etməsi nəzərdə tutulub. İndi artıq bütün dünyada turizm gəlirli bir sahəyə çevrilib. Azərbaycanda qeyri-ənənəvi turizm sahələrinin inkişafı üçün dövlətin bu sahəyə qayğısı lazımdır". Daha sonra aran rayonlarının sahibkarları öz təkliflərini irəli sürüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video