10 Oktyabr 2018 15:23
1432
Səhiyyə
A- A+

Qeyri-adi psixoloji problemlər


Psixi sağlamlıq insanın əqli vəziyyəti, davranışlarının tənzimlənməsi, eləcə də sosial və bioloji amillərin təsiri ilə xasiyyətinin düzgün formalaşması ilə xarakterizə olunur. Lakin bəzən insanlar müxtəlif səbəblərdən meydana çıxan fərqli sindromlardan əziyyət çəkir və psixoloji problemlərlə üzləşirlər.
İnsan psixologiyasında qeyri-adi sindromlara rast gəlinir.

Kapqras sindromu

Kapqras sindromu ilk dəfə 1923-cü ildə fransız psixiatr Kapqras tərəfindən kəşf olunub. Bu sindrom əlamətlərinə görə paranoid şəxsiyyət pozuntusu hesab edilir.

Həmin sindromdan əziyyət çəkənlər insanlar, heyvanlar və ya əşyalara qarşı yadlaşma hissi keçirirlər. Problem səbəbindən anlamaq qabiliyyətləri zəifləyən bu xəstələr ətrafdakı insanları, hətta ailə üzvlərini belə tanımaqda çətinlik çəkirlər, Xatırlaya bilmədikləri insanlardan uzaqlaşır və əlaqəni kəsməyə cəhd edirlər. Buna səbəb həmin insanların onlara zərər verə biləcəyini düşünmələridir. Bəzən isə daha ağır situasiyalar meydana çıxır. Kapqras sindromu olanlar aqressivləşir. Onlar bu vəziyyətdən uzaqlaşmaq üçün bəzən intihara da cəhd edirlər. Xəstəliyin əsas xüsusiyyəti "duyğu” ilə "görüntü” arasındakı uyğunluğun pozulmasıdır. Bu pozuntunu bəzən "mənfi oxşar cəfəngiyyat” da adlandırırlar. Psixiatriyada xüsusi sindrom sayılan bu problemdən əziyyət çəkən şəxs yaxınlarını və ya onun özünü hansısa bənzərinin əvəzlədiyini düşünür. Hətta etdiyi xoşagəlməz hərəkətlərin bənzəri tərəfindən törətdiyini iddia edir. Bu xəstəliyin iki tipi mövcuddur. Autoskopik tipdə xəstə oxşarını canlı olaraq gördüyünə əmin olur. Tipik Kapqras sindromunda isə xəstə oxşarının görünməz olduğunu deyir.

Bu cür qeyri-adi sindromlardan biri də erotomaniyadır. Bu sindromdan əziyyət çəkənlər isə ətrafdakıların və hətta hər hansı məşhur simanın onlara aşiq olduğunu düşünürlər. Xəstələrə elə gəlir ki, ətrafdakı hər kəs onlara heyrandır. Məşhurlar isə onlara diqqət göstərir, media vasitəsilə gizli mesajlar göndərir və telepatiya yolu ilə onlarla ünsiyyət qurur.

Maraqlı psixoloji problemlərdən olan reduplikativ (ikili) paramneziya və ya ikili oriyentasiya sindromunda xəstələr özlərinin daha bir nüsxəsinin olduğuna düşünürlər. Onlar özlərinin eyni anda bir neçə yerdə ola biləcəyinə inanırlar. Bu xəstələr bəzən üçüncü şəxs kimi özünü kənardan izlədiyini də deyir. Məsələn, o özü yatarkən bənzərinin işə getdiyini, evdə sağlam şəkildə oturarkən eyni anda xəstəxanada koma halında yatdığını iddia edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video