08:26 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


00:21 20.06.2021

Qızılı şəfa


00:19 20.06.2021

Bu çörək bir möcüzədir


00:18 20.06.2021

Həyat eleksiri


00:17 20.06.2021

Gəncliyə uzanan yol


00:16 20.06.2021

BİLDİRİŞ


00:15 20.06.2021 BİLDİRİŞ
Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qələbəmizin və milli həmrəyliyimizin təntənəsi bu dəfə Cıdır düzündə yaşandı

ANA SƏHİFƏ / SİYASƏT
00:41 18.05.2021

 

Bayramlarla və əlamətdar hadisələrlə zəngin, al-əlvan may ayı Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən “Xarıbülbül” musiqi festivalı ilə daha da rəngarəng oldu. Tətil günlərinə təsadüf edən bu festivalın özü, əslində, bir bayrama çevrildi. Çünki təxminən 30 ildən sonra bir ilk yaşandı, işğaldan azad olunmuş Şuşada yenidən keçirilən bu festival Vətən müharibəsindəki Qələbəmizin və milli həmrəyliyimizin növbəti təntənəsi idi.

Şuşa AXC-Müsavat qaragüruhunun Azərbaycana xəyanətinin nəticəsində işğal olunmuşdu. 28 ildən artıq idi ki, xalqımız Şuşa ağrısı ilə yaşayırdı. Bu şəhər Qarabağın Azərbaycan torpaqları olduğunu təsdiqləyən canlı tarixdir, Qarabağın vuran nəbzi, döyünən ürəyidir. Qarabağ deyəndə öncə milli mədəniyyətimizin, musiqimizin məbədi olan, xalqımıza böyük şəxsiyyətləri, korifeyləri bəxş edən Şuşa göz önünə gəlir. Buna görə Şuşanın azad olunması bütün Azərbaycan xalqının üzərinə düşən tarixi vəzifə idi. Ötən ilin 44 günlük Vətən müharibəsində cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşanı işğaldan azad etməklə bu tarixi missiyanı sərkərdə qətiyyəti ilə yerinə yetirdi. Bu tarixi hadisə  ilə möhtərəm Prezident milli qürurumuzu yüksəltdi, hər birimizi tarixin ağır tənəsindən xilas etdi, mənəvi və mədəniyyət paytaxtımızı özümüzə qaytardı.

Ermənistanın erməniləşdirməyə çalışdığı, işğalı ilə lovğalandığı Şuşanı ordumuz bütün dünyanı heyran qoyan unikal döyüş əməliyyatı ilə azad etdi. Azərbaycan əsgəri Şuşaya xalqımızın milli qürurunu bərpa etməyə, milli mənəviyyatımızı geri qaytarmağa gedirdi. Ona görə heç nə onu öz yolundan döndərə, yayındıra bilməzdi. Hətta qayalar üstündə yerləşən şəhərin coğrafi mövqeyi belə qəhrəman əsgərlərimizin qarşısını kəsə bilmədi. Bu yolda qəhrəman oğullarımız canlarını fəda etdilər, ölümün gözünə dik baxdılar. Ona görə Şuşanın azad edilməsindən sonra keçirilən ilk  “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin xatirəsinə həsr edilməsi bütün xalqımızın ürəyindən xəbər verdi.

Xalqımız bu müharibədə yumruq kimi bir oldu, milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın ətrafında səfərbər oldu, vətən torpaqlarının azadlığı uğrunda ayağa qalxdı. Bu baxımdan Vətən müharibəsi həm də Azərbaycandakı multikulturalizmin tarixi sınağı və təntənəsi oldu. Azad Şuşanın ilk “Xarıbülbül” musiqi festivalında Azərbaycandakı bütün millətlərin təmsilçilərinin iştirakı tamamilə doğru idi. Şuşanı azad edən millətlərin nümayəndələri “Xarıbülbül” festivalında bir araya gələrək Azərbaycan xalqının hansı milli-mənəvi dəyərlərə malik olduğunu bir daha dünaya nümayiş etdirdilər.

Şuşa xalqımızın elə bir möhtəşm mədəni abidəsidir ki, düşmən onu 28 ildən artıq müddətdə erməniləşdirə bilmədi. Onun hər küçəsi bir tarix, hər daşı bir mənəvi xəzinədir, xalqımızın milli-mədəni sərvətidir. Bu şəhər 28 il yarım davam edən işğal dövründə erməniləri qəbul etmədi. Şuşa onlar üçün əvvəldən yad idi, işğal dövründə də yad olaraq qalmışdı. Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, Şuşa əyilmədi, sınmadı: “Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu”.

Cənab İlham Əliyevin qərarları və qayğısı ilə Şuşa sürətlə yenidən qurulur. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Şuşanın tarixi abidələrinin yenidən qurulması olduqca təqdirəlayiq addımlardır. Şuşa yaranandan Azərbaycan mədəniyyətini bütün dünyaya tanıdıb və möhtərəm Prezidentin dediyi kimi, sınmayan, əyilməyən bu doğma şəhərimiz və ruhumuzun dincəldiyi Cıdır düzü bundan sonra həmişə “Xarıbülbül” və digər möhtəşəm tədbirlərə evsahibliyi edəcək.

 

Cavid OSMANOV,

YAP İdarə Heyətinin üzvü,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM