18:35 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

QƏLƏBƏ həm də iqtisadi gücümüzün nümayişi idi

ANA SƏHİFƏ / SİYASƏT
00:33 26.09.2021

 

Bu gün erməni nasistləri və millətçiləri ikinci Qarabağ müharibəsinə başladıqları günü və ondan sonrakı 44 gün ərzində biabırçı məğlubiyyətlərini ən xırda təfərrüatlarına qədər xatırlamaq məcburiyyətindədirlər. Eyni zamanda müxtəlif ranqlı beynəlxalq ekspertlər, hərbi jurnalistlər, politoloqlar və hətta NATO generalları da indiyədək bu mövzuya təkrar-təkrar qayıdır və Azərbaycan Ordusunun mükəmməl qələbəsinin səbəblərini araşdırmaqda davam edirlər.

Bir il əvvəl Qarabağda hücuma keçən erməni generalları Hitlerin “Barboros” planında olduğu kimi, bir neçə günə Bakı bulvarında çay içib nərd oynayacaqlarına əmin idilər. Amma hadisələr, məlum olduğu kimi, fərqli inkişaf etdi və Azərbaycan Ordusu 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında özünü “yenilməz və qüdrətli” sayan düşməni dizi üstə çökdürərək bütün dünyanı şoka saldı. Elə o səbəbdəndir ki, müharibə başlayan gündən bir il keçsə də, bütün dünya günü bu gün də döyüşlərin gedişatını araşdırır, Azərbaycanın unikal qələbəsinin sirlərini açmağa çalışır.

Müasir hərb elmində qələbəni təmin edən üç əsas amil qeyd edilir: hərbi-texniki, iqtisadi və informasiya. İkinci Qarabağ savaşına erməni generalları əl çalıb start verəndə Azərbaycan artıq hər üç istiqamətdə ağlasığmaz nəticələrə nail olmuşdu. Lakin onların ən başlıcası ölkədə iqtisadi islahatların aparılması, bu sahədə müasir dünya təcrübəsinin öyrənilib tətbiq edilməsi idi. Bir çox beynəlxalq şərhçilərin də araşdırmalarından da aydın görünür ki, Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə onun hərb maşını müasirləşmiş, ölkə iqtisadiyyatında aparılan islahatlarla yanaşı, müasir ordu quruculuğu həyata keçirilmişdir. Başqa sözlə desək, erməni işğalçıları “qalib” kimi poz verəndə, Qarabağı özəlləşdirdiklərini elan edəndə Azərbaycan iqtisadi uğurlarını artırmış, meqolayihələr həyata keçirmiş, qazancının böyük qismini ordunun güclənməsinə yönəltmişdir.

Azərbaycan Prezidenti vəzifəyə gəldiyi ilk gündən islahatçı lider kimi ölkənin müdafiə imkanlarını gücləndirmək və düşmənə sonuncu zərbəni endirmək üçün ordu islahatlarını dünyanın müasir hərb tələblərinə uyğun aparmış, Heydər Əliyevin bu istiqamətdəki tövsiyələrinə əməl etmişdir. Ordunun texniki təminatı diqqət mərkəzində saxlanılmış, bütün hərbi hissələr, birləşmələr, korpuslar davamlı surətdə ən müasir silahlar və rabitə vasitələri ilə təchiz edilmişlər.

İldən-ilə iqtisadiyyatımız inkişaf etdikcə, imkanlarımız artdıqca ordumuz da güclənmiş, o cümlədən yüksək hazırlıqlı hərbçilər yetişdirilmiş, yeni qoşun növləri yaradılmışdır. Güclənən Azərbaycan iqtisadiyyatı hərbi xidmətin nüfuzunun artmasına təkan vermiş, hərbi kadrların yüksək maaşla təmin olunması peşəkarlığı daha yüksək səviyyəyə qaldırmışdır. Bu illərdə iqtisadiyyatımız ölkədə hərbi sənaye kompleksinin yaradılmasına da imkan vermişdir. İndi Azərbaycanda geniş çeşiddə müasir silahlar istehsal olunur.

BBC-nin tanınmış hərbi ekspertləri etiraf edirlər ki, heç kim Azərbaycanın belə sürətli qələbə çalacağını gözləmirdi və hesab edirdilər ki, Azərbaycan Ordusu bir o qədər də irəliyə gedə bilməyəcək və uzaqbaşı bir neçə strateji yüksəkliyi ələ keçirməklə kifayətlənəcək. Lakin nəticələr fərqli oldu. BBC qeyd edir ki, Azərbaycan müharibəyə Ermənistandan daha fəal, hələ 2000-ci ildən hazırlaşırdı və bu hal təxminən 10 il davam etmişdir. Hərbi ekspertlər deyirlər ki, XXI əsrdə Azərbaycanın büdcəsi Ermənistandan 4-5 dəfə artıq idi, bəzi illərdə isə Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsini üstələyirdi. “Reyter” agentliyi isə müharibəyə bir il qalmış Azərbaycanın Türkiyədən fəal surətdə silah aldığını yazırdı.

Xarici hərbi ekspertlər bu qənaətə gəlmişlər ki, Azərbaycanın hərbi xərcləri dərindən düşünülmüş surətdə və ciddi planlaşma əsasında aparılırdı, pul havaya sovrulmurdu: “Onlar bütün müasir hərbi tendensiyaları incəliklərinədək nəzərə alırdılar, nə lazımdırsa, yalnız ona pul verirdilər. Azərbaycan Yaxın Şərqdə aparılan müharibələri öyrənir, indiki münaqişəyə nümunəvi surətdə - yalnız hərbi baxımdan yox, həm də siyasi, iqtisadi və təbliğat baxımından hazırlaşırdı”. Ekspertlər onu da qeyd edirdilər ki, Ermənistanın silah alveri absurd idi, çünki onların bir qismini, ümumiyyətlə, müharibədə tətbiq etmək mümkün olmadı.

Hazırda ABŞ-ın Heritage Foundation adlı Amerika Milli Tədqiqatlar Mərkəzinin Strateji Araşdırmalar İnstitutunun rəhbəri, istefada olan general-leytenant Tomas Şper Azərbaycanın qələbəsinin əsas səbəbinin yüksək texnologiyaların tətbiqi ilə izah etmişdir. Yüksək texnlogiyaların yüksək xərclər tələb etməsi, yüksək xərcləri isə güclü iqtisadiyyata malik ölkələrin qarşılaya bilməsi sübuta ehtiyacı olmayan həqiqətdir.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM