04:13 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qəhrəmanın parlaq obrazı
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:02 07.02.2012

 

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun parlaq  obrazını, Vətən, torpaq, xalq qarşısındakı misilsiz xidmətlərinin bədii təcəssümünü yaratmaq nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyətli və çətindir. Əlbəttə, belə igid, cəsur, qorxmaz, düşmənin bağrını yaran qəhrəmanlarımız haqqında sayca çox olmasa da, sanballı əsərlər yazılır və onların əsasında bəziləri özünün səhnə təcəssümünü də tapıb.

Bədii publisistikası ilə dövri mətbuatda imzası tanınan şairə Fəridə Ləmanın qələmindən və qəlbinin dərinliklərindən süzülüb gələn "Təəssüb" poeması da məhz belə mövzuya həsr edilib.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ad günü (7 fevral), təbii ki, şəhidliyindən - ölümsüzlüyündən sonra  təkcə dünyaya göz açdığı ata ocağında, ana qucağında deyil,  bütünlüklə xalqımız tərəfindən qeyd edilir.  Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Bura Vətəndir" məclisi  və həmin mərkəzin Qadınlar Şurasının Gənc Tamaşaçılar Teatrı ilə birgə layihəsi əsasında şairə-publisist Fəridə Ləmanın "Təəssüb" əsəri tamaşaya qoyulub.  Eyni adlı əsər əsasında hazırlanmış ədəbi-bədii kompozisiyanın Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun  ad günü ərəfəsində tamaşaçılara təqdim olunması heç də təsadüfi deyildir. Bu bir daha onu göstərir ki, Vətən uğrunda sinəsini düşmən gülləsinə sipər etmiş oğul-qızlarımızın şərəfli ömürləri daim nümunəyə çevrilir, örnək sayılır, ümumiyyətlə, bədii əsərlərin mövzusuna  çevrilir. Belə ömürlərin daim qəlblərdə yaşaması onların bədii əsərlərin obrazlarına çevrilməsindən də asılıdır. Çünki  gələcək nəsillər qəhrəmanları təkcə yaddaşlardan və  tarix kitablarından deyil,  bədii əsərlərdən də oxuyub öyrənir və tamaşalardakı obrazlarından tanıyırlar.

Azərbaycan Himni səsləndirildikdən sonra İlham Əsədovun ifasında "Qalmaz belə, qalmaz dünya" mahnısı tamaşaçılara təqdim edilib. Milli Qəhrəmanın həyat və fəaliyyətinə, döyüş yollarına həsr olunmuş "Təəssüb"  poeması barədə tamaşaçılara məlumat verən Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov onu da qeyd etməyi unutmayıb ki, bu  kimi əsərlərə səhnə ömrü verməyə kollektivimiz həmişə hazırdır: "Teatr, aktyor, rejissor da belə döyüşür. Bu döyüşkənliyi bizə qəhrəmanlarımızla yanaşı, onların ömür yolundan soraq verən əsərlər öyrədir. Əsərdəki lirik duyğular  aktyorları qəhrəmanlığa səsləyir. Onlarda mübarizlik hissi, döyüşkənlik təlqin edir".

Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru professor Rasim Nəbiyev isə "Təəssüb"ün  bədii təxəyyülün deyil, real hadisələr əsasında qələmə alındığından daha təsirli olduğunu bildirib.

Kompozisiyanın quruluşçu-rejissoru  Prezident təqaüdçüsü, xalq artisti Ağaxan Salmanov, ssenari müəllifi və aparıcısı isə əməkdar mədəniyyət işçisi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, "Bura Vətəndir" məclisinin rəhbəri Səriyyə İsmayılovadır.

Respublikanın əməkdar artisti Lətifə Əliyeva burada Mübarizin  sanki doğma anasına çevrilir:

 

Vətən qiymətini verdi, verəcək,

Mübariz ruhunla zəfər gələcək.

Sən Milli Qəhrəman, şərəfli oğul,

Adınla dünyaya  çox ər gələcək.

 

Ata obrazının ifaçısı Kərəm Hadızadənin yaratdığı rol isə igid oğlunu döyüşlərə yola salıb, onu qəhrəman kimi qarşılayan Ağakərimdir. Qəhrəmanın obrazını yaratmaq, əlbəttə, daha çətin, məsuliyyətli və şərəflidir. Qəhrəman Mübarizin parlaq obrazını  yaratmaq burada Elşən Hacıbəyovun sanki boyuna və xarakterinə biçilib. Seçim çox uğurludur. Müəllifin özünü isə səhnədə əməkdar artist Kəmalə Hüseynova canlandırır.

Əlirza Atambəylinin ifasında "Yenilməz" mahnısı ilə sona çatan ədəbi-bədii kompozisiya Milli Qəhrəmanın örnək və  şərəfli ömrünə töhfə  kimi qiymətləndirilib və müəlliflə yanaşı, teatrın kollektivinə uğurlar diləyiblər.

 

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM