13:52 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qədim canlıların qalıqları tapılıb
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
12:02 12.02.2012

 

Unikal tapıntı Namibiyada bir neçə yerdə aşkarlanıb. Mütəxəssislər bu çox kiçik ölçülü - uzunluqları bir millimetrədək olmuş canlıların daşlaşmış qalıqlarının tarixini 760 milyon il əvvələ aid ediblər. Bu, daha əvvəl tapılmış qədim nümunələrdən 100 milyon il daha "qoca"dır.

CAR, Namibiya, Avstraliya və Böyük Britaniya paleontoloqlarının birgə rəyinə görə, qeydə alınan qalıqlar Yer kürəsində bioloji həyatın təkhüceyrəli  sadə orqanizmlərdən çoxhüceyrəlilərə keçiddən sonrakı ilk dövrlərdə formalaşan canlılarındır. Mütəxəssislər ona "Otavia antiqua " (hərfi mənası: yeni növ və yeni nəsil) adı veriblər. Minlərlə nümunədən bir neçə yüzünün analizini aparan alimlər bu varlığın mineraloji tərkibini, daxili strukturunu,  həyat tərzini belə aydınlaşdıra biliblər. Otavia antiqua  bakteriya və yosunlarla qidalanıb. Onlar qidanı ağızlarına gövdələrinin ətrafındakı qamçılar vasitəsilə götürüblər. Paleontoloqların fikrincə, bu canlılar bəsit görünsələr də, onları planetimizdə əmələ gəlmiş ilk yırtıcı varlıq hesab etmək olar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM