01:56 18 May 2021
ONLINE XƏBƏR LENTİ
00:45 18.05.2021

Qarabağın MEHMANDARLARI


00:33 18.05.2021

Qarabağın zirvə tacı


00:32 18.05.2021

Şuşa, sən azadsan!


00:31 18.05.2021

Şuşanın Bülbülü…


00:29 18.05.2021

BİLDİRİŞ


00:28 18.05.2021

BİLDİRİŞ


00:27 18.05.2021

BİLDİRİŞ


00:26 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qayğıya ehtiyacı olan uşaqlara töhfə
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
02:12 08.12.2019


Ölkəmizdə qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası üçün dövlət tərəfindən təlim-tərbiyə mərkəzləri açılır və digər şərait yaradılır. Nəticədə onlar da cəmiyyətin fəal üzvlərinə çevrilirlər. Bu yaxınlarda belə mərkəzlərdən biri - "Günərzi qayğı mərkəzi” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə "Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən Daşkəsən rayonunda açılmışdır.

İlkin olaraq burada məktəb yaşlı uşaqlardan ibarət iki qrup formalaşdırılmışdır. Mərkəzə tək valideynli, hər iki valideynini itirmiş, əlilliyi, xəstəliyi olan 30 uşaq cəlb edilmişdir. Uşaqlar gün ərzində üç dəfə yeməklə təmin olunurlar.

Mərkəzdə uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun müxtəlif təlimlər həyata keçirilir. Uşaqlar da sosial işçilərin, pedaqoqların, tərbiyəçilərin, psixoloqların keçirdikləri testlərdə, məsləhət saatlarında, musiqi dərslərində, idman yarışlarında və əyləncəli oyunlarda həvəslə iştirak edirlər.

Malik ŞÜKÜROV,

DSMF-nin Daşkəsən rayon şöbəsinin müdiri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM