07 Fevral 2012 01:02
246
CƏMİYYƏT
A- A+

Qarın törətdiyi fəsadlar aradan qaldırılır

 

Havaların soyuması, normadan artıq qarın yağması nəticəsində Şimal bölgəsində yaranan fəsadları aradan qaldırmaq üçün yerlərdə operativ tədbirlər görülmüşdür və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Sumqayıtda əlaqədar təşkilatlar gücləndirilmiş iş rejiminə keçmişlər. Şəhər icra hakimiyyətində yaradılan qərargaha hər saat məlumatlar verilir. Bakı istiqamətində küçə və prospektlər ardıcıl olaraq təmizlənir. Küçələrdə, eləcə də mikrorayon və məhəllələrdə  yarana biləcək neqativ halları aradan qaldırmaq üçün xüsusi komissiyalar yaradılmış, kommunal xidmətlər də daxil olmaqla bütün idarə və təşkilatlar işə cəlb edilmişlər.

İlk növbədə soyuq havanın hökm sürdüyü günlərdə şəhərdə gediş-gəlişi təmin etmək üçün küçələrə qum və duz tökülür. Buz bağlamış səkiləri isə mənzil istismar sahələrinin işçilərindən ibarət xüsusi briqadalar təmizləyirlər. Nəqliyyat Nazirliyinin Sumqayıt Şəhər Departamenti, Dövlət Yol Patrul Xidmətinin əməkdaşları, Enerji Satışı İdarəsinin, qaz təsərrüfatının məsul işçiləri küçələrdən əl-ayaq yığışana qədər hərəkətə və əhalinin yaşadığı mənzillərin qızdırılması məsələlərinə nəzarət edirlər.

Onu da qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq qışın daha soyuq və şaxtalı keçməsinə baxmayaraq, şəhərdə elə bir ciddi hadisə qeydə alınmamış, əhali fasiləsiz qaz və işıqla təmin edilmişdir.

Qubada yağan qarın hündürlüyü 45 santimetri keçmiş, bəzi ərazilərdə isə daha artıq olmuşdur. Xınalıq, Qırız və daha bir neçə kəndə gedən yol bağlanmışdır. Hazırda rayonun əsas yollarına duz və qum tökülür. Havaların isinməsindən istifadə edən əlaqədar təşkilatlar yollardakı qarın təmizlənməsilə məşğuldur. Bakı və Qusar istiqamətində qarın təmizlənməsi davam etdirilir.  

 

Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video