10:54 11 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
00:55 11.04.2021

Zamanın bayraqdarı


00:37 11.04.2021

Xalqın sevdiyi rəhbər


00:33 11.04.2021

Qürur doğuran 3 il


00:23 11.04.2021

Uğurlarımızın memarı


00:22 11.04.2021

Zəfər sərkərdəsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qarabağın potensialı Azərbaycanı iqtisadi cəhətdən daha da qüdrətləndirəcək

ANA SƏHİFƏ / SİYASƏT
01:29 04.04.2021

 

İşğaldan azad edilmiş ərazilərin malik olduğu imkanlar respublikamızın inkişafında böyük rol oynayacaq

 

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi regionda yeni reallıqlar yaradıb. Bu qələbə eyni zamanda Azərbaycanın iqtisadi qüdrətinin daha da artması üçün real zəmin formalaşdırıb. 

Postmüharibə dövrünün reallıqlarını dəyərləndirən Prezident İlham Əliyev bütün çıxışlarında regionda əsas inkişaf istiqamətlərini müəyyənləşdirməklə yeni yol xəritəsinin konturlarını təqdim edir. Həmçinin bölgədə uzunmüddətli sülhün təmin edilməsinin istiqamətlərini də göstərərək ümumilikdə regionun gələcək inkişafı üçün bütün imkanların mövcud olduğunu söyləyir.

 

Azərbaycanın gələcək yüksəlişini şərtləndirən konsepsiya

 

44 günlük Vətən müharibəsində əldə edilən qələbədən sonra ölkəmizin həyatında yeni dövr başlayıb, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, bərpa prosesinə start verilib. Bütün bu məsələlər İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyasında aydın şəkildə öz əksini tapıb. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritet müəyyənləşdirilib. Bu prioritetlər, əlbəttə ki, Vətən müharibəsində ərazi bütövlüyünü təmin edən Azərbaycanın gələcək yüksəlişinə hədəflənib.

Ölkəmiz həm də region üçün yaxşı gələcək qurmağa hazır olduğunu nümayiş etdirir. Dövlət başçısı bu məsələyə toxunaraq vurğulayıb ki, Azərbaycan artıq yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik üçün faydalı olacaq layihələri həyata keçirməyə başlayıb. Çünki Azərbaycan öz öhdəliklərinə sadiqdir və müharibədən sonra da çox konstruktiv yanaşma nümayiş etdirir. Bu reallıqlar isə uzunmüddətli olacaq. Tarixi zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın ölkəmizin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafa böyük təkan verəcək.

 

Postmüharibə dövrünün yeni iqtisadi imkanları

 

Novruz bayramı ərəfəsində İlham Əliyevin Füzuli, Xocavənd və Şuşaya növbəti səfəri çərçivəsində səsləndirdiyi qətiyyətli fikirlər də bir daha göstərdi ki, Azərbaycanın qalib Sərkərdəsi bölgənin inkişafını şərtləndirəcək layihələrin reallaşmasında maraqlıdır. Hətta işğalçı Ermənistan belə 10 noyabr bəyanatının bütün bəndlərinə əməl edəcəyi təqdirdə bu proseslərin iştirakçısına çevrilə bilər.

Hazırda Azərbaycan dövləti Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli Beynəlxalq Hava Limanının, Füzuli-Hadrut və Hadrut-Cəbrayıl-Şükürbəyli, eləcə də Füzuli-Şuşa yolunun çəkilməsi prosesini reallaşdırır. İcra edilən digər layihələr də ümumilikdə Azərbaycanın gücünü, qüdrətini bir daha nümayiş etdirir.

Mövcud vəziyyəti çox müsbət qiymətləndirən İlham Əliyev də vurğulayır ki, bu gün artıq regionun gələcək inkişafı üçün nadir imkanlar yaranıb. Nikbinliyə səbəb olan digər amil isə odur ki, qonşu dövlətlər də Azərbaycanla eyni mövqeni bölüşürlər. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı fikir ayrılığı yoxdur. Postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar formalaşdırır.

 

Zəngəzur türk dünyasının birləşməsi rolunu oynayacaq

 

Böyük qələbə həm Azərbaycan, həm də qonşu dövlətlər qarşısında yeni imkanlar  açdı. İşğaldan azad edilmiş ərazilərimizdə qurulacaq nəqliyyat-logistika imkanları, əlbəttə ki, ilk növbədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasını təmin edəcək.

Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxış edən Qazaxıstanın birinci Prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev  də vurğuladı ki, İkinci Qarabağ müharibəsi ilə bağlı bəyanatın imzalanması böyük İpək yolunun çiçəklənməsi üçün yeni imkanlara yol açır və Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən istifadə etməklə Xəzər dənizinin rolunu artırır.

Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev isə bir daha tərəfdaş ölkələrə mesaj ünvanlayaraq işğaldan azad edilmiş ərazilərdə yaradılacaq yeni nəqliyyat dəhlizinin imkanlarından yararlanmağa çağırdı. Azərbaycanın artıq Zəngəzur dəhlizi üzərində çox fəal iş apardığını deyən İlham Əliyev bəyan etdi ki, işlər yekunlaşdıqdan sonra qədim Azərbaycan torpağı olan Zəngəzur türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda digər ölkələr üçün əlavə imkanlar yaradacaq.

Prezident məğlub Ermənistana da o yolu göstərdi. Bildirdi ki, bu imkanlardan Ermənistan da yararlana bilər. Çünki bu ölkənin hazırda müttəfiq olduğu Rusiya və qonşu olduğu İranla dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən keçə bilər: “Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.

Göründüyü kimi, böyük qələbə həm də ölkəmiz qarşısında geniş iqtisadi imkanlar açıb. İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında reallaşacaq yeni qlobal layihələr Azərbaycana iqtisadi və siyasi dividendlər gətirəcək.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM