18:38 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qarabağa işıq gəlir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:37 13.10.2021

İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və abadlaşdırma işləri geniş vüsət alıb. Sürətlə davam edən yenidənqurma tədbirləri sırasında bütün kənd və şəhərlərin elektrik təchizatı xüsusi önəm kəsb edir.

Bu da təsadüfi deyil. Çünki elektrik enerjisi bir çox digər sahələrin inkişafını təmin edir, nəticə etibarilə insanların doğma yurd-yuvalarına qayıtmasını tezləşdirir.

Beləliklə, Qarabağ getdikcə daha çox nura boyanır. Prezident İlham Əliyev regiona hər səfəri zamanı yeni enerji obyektlərinin açılışını edir. Bu ayın əvvəlində dövlət başçısının xeyir-duası ilə daha üç stansiya fəaliyyətə başladı.

Tərtər rayonunda yenidən qurulan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları açıldı. “Suqovuşan-1” Kiçik Su Elektrik Stansiyası ildə 13,8 milyon kilovat/saat elektrik enerjisi istehsal edəcək. “Suqovuşan-2” stansiyasında isə ildə 8,7 milyon kilovat/saat elektrik enerjisinin istehsal olunması nəzərdə tutulub.

Suqovuşan qəsəbəsindəki bu iki kiçik su elektrik stansiyasının ümumi gücü 7,8 meqavatdır. Xatırladaq ki, erməni vandalları 4,8 meqavat gücündə “Suqovuşan-1” və 3 meqavat gücündə “Suqovuşan-2” stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşımış, apara bilmədiklərini isə yerləyeksan etmişlər. Döyüşlər zamanı elektrik stansiyalarına ciddi ziyan dəymiş və nəticədə onlar tamamilə yararsız vəziyyətə düşmüşdülər.

 Hazırda hər iki stansiya əsaslı şəkildə yenidən qurulub. Eləcə də onların idarəetmə mərkəzinin binaları və avadanlıqları, stansiyalararası elektrik veriliş xətti tam yenilənib.

“Suqovuşan-1” və “Suqovuşan-2” stansiyaları işğaldan azad olunmuş ərazilərin, xüsusilə Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi paylayıcı şəbəkənin yeni çəkilən xətlərilə digər istiqamətlərə də ötürüləcək.

Cəbrayıl rayonuna səfəri çərçivəsində isə Prezident

İlham Əliyev 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyanın açılışını etmişdir. Cəbrayıl ictimaiyyəti ilə görüşdə çıxış edərkən dövlət başçısı demişdir: “Biz Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işlərini gördük. Bu gün Cəbrayıl yarımstansiyası istifadəyə verildi. Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. Artıq bir neçə stansiya işə başlayıb, o cümlədən Tərtər rayonunda Suqovuşan Su Elektrik stansiyaları. Mən tapşırıq vermişəm, ermənilər tərəfindən - onlar qaçaqaç dövründə, Kəlbəcəri, Laçını tərk edən dövrdə - dağıdılmış stansiyaların 10-nu biz gələn il, qalan 20-dən çoxunu isə ondan sonrakı illərdə bərpa edəcəyik. Yəni Cəbrayıl rayonunun elektrik təchizatı artıq var. Bu, əsasdır. Çünki bu olmasa, heç nə etmək mümkün olmayacaq”.

Vətən müharibəsində işğaldan azad edilən Cəbrayıl rayonuna Füzulidəki “Şükürbəyli” yarımstansiyasından uzunluğu 31 kilometr olan 110 kilovoltluq ikidövrəli 1-ci və 2-ci “Cəbrayıl” hava xətləri çəkilib. Bir vaxtlar qoşunların təmas xətti olduğundan tamamilə minalanmış yerlərdən keçən xəttin uzandığı ərazi partlamamış sursatlardan artıq təmizlənib. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülüb. Yeni yarımstansiyada 110 kilovoltluq açıq paylayıcı qurğu tikilib. 110/35/10 kilovoltluq “Qubadlı” və “Zəngilan” yarımstansiyalarının qidalandırılması məqsədilə Cəbrayıldan çəkilən ikidövrəli ötürmə xətlərinin qoşulması üçün yarımstansiyada lazımi texniki şərait yaradılıb. “Cəbrayıl” yarımstansiyası yeni avadanlıqlarla komplektləşdirilib. Belə ki, burada müasir rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri quraşdırılıb. Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-Scada dispetçer idarəetmə sistemi qurulub və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunaraq rəqəmsallaşdırılıb.

“Cəbrayıl” yarımstansiyası Cəbrayıl rayonunda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastrukturu elektrik enerjisi ilə təmin edəcək. Bununla yanaşı, yarımstansiya rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün yaşayış məntəqələrini işıqlandıracaq.

Bütün bu tədbirlər işğaldan azad olunmuş ərazilərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində görülən işlərin uğurla davam etdiyini təsdiqləyir. Xatırladaq ki, bir neçə ay əvvəl 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyası istifadəyə verilmişdir. Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya fasiləsiz, növbəlilik prinsipi ilə iki ay yarımdan da az bir müddətdə 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi icra olunmuşdur. Bu, yalnız Azərbaycan energetikasında deyil, bütün regionun energetika tarixində bir rekord idi.

İşğaldan azad olunmuş bölgələrimizdə hazırda yeni elektrik stansiya və yarımstansiyaları tikilməkdədir. Onlar növbəti illərdə istifadəyə verilərək doğma Qarabağımızı daha gur işıqlandıracaq.

 

Flora SADIQLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM