17:49 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:35 13.10.2021

“KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu”nun birgə servis mərkəzi işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə töhfə verəcək

 

Bir neçə gündən sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü tamam olacaq. 30 il bir dövlətin tarixi baxımından uzun zaman kəsiyi sayıla bilməz. Amma bizim üçün olduqca qürurvericidir ki, müstəqilliyimizin tamamlanmaqda olan 30 illik dövrü mühüm tarixi hadisələrlə əlamətdardır. Müstəqilliyimizin ilk illərindəki problemlərdən Ulu Öndər Heydər Əliyevin müdrikliyi sayəsində xilas olan Azərbaycan bu gün regionun lideri, qlobal miqyasda isə söz və yüksək nüfuz sahibi olan dövlətdir.

 

Prezident İlham Əliyevin  liderliyi ilə yazılan şərəfli tarix

 

1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikada mövcud olmuş fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya təsdiqləyir ki, müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha çətindir. Mürəkkəb bir şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikamızı müstəqilliyin itirilməsi təhlükəsindən qurtardı. Ulu Öndər müstəqil dövlətçiliyimizin möhkəm bünövrəsini yaratdı və çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu. Heydər Əliyevlə başlanan yeni siyasi xətt hər bir sahədə dövlətimizin yüksəlişini təmin etdi, siyasi, iqtisadi, sosial və digər sahələrdə uğurların əldə olunmasını şərtləndirdi.

Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hər bir uğuru Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli tərəqqi ideyalarının təzahürüdür. Bir neçə gündən sonra - oktyabrın 15-də möhtərəm İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin və bütövlükdə ölkəmizə rəhbərliyinin 18-ci ili tamam olacaq. Ötən 18 ildə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik tarixinin ən möhtəşəm nailiyyətləri əldə olunub. Dövlət başçısının müdrik siyasəti nəticəsində Azərbaycan bu dövrdə dinamik iqtisadi inkişaf tempi nümayiş etdirib. İlham Əliyev Azərbaycanı Cənubi Qafqazın ən güclü dövlətinə çevirib, kosmik klubun üzvü edib, qlobal miqyasda mövqelərini möhkəmləndirib. 2012-2013-cü ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycan indi Qoşulmama Hərəkatı kimi dünyanın ikinci ən böyük beynəlxalq təşkilatına sədrlik edir. Bütün bunlar həm də müasir müstəqillik tariximizin möhtəşəm uğurlarıdır.

Ötən 18 ildə Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını layiqincə təmin edib. Xüsusən artıq keçmişdə qalmış Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda möhtərəm Prezidentimiz beynəlxalq təzyiqlərə qətiyyətlə sinə gərib. Prezident İlham Əliyev hər zaman bəyan edirdi ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. Bu baxımdan ötən ilin 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi müasir müstəqillik tariximizin ən böyük, ən əlamətdar hadisəsi oldu. Ali Baş Komandan İlham Əliyevin müəllifliyi, ordumuzun rəşadəti, hərbçilərimizin qəhrəmanlığı hesabına qazanılan bu zəfər müstəqillik tariximizi daha da şərəfləndirdi, xalqımıza tarixi fəxarət hissi bəxş etdi. Bu Qələbə bir daha təsdiq etdi ki, İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan yalnız 30 illik müstəqilliyinin deyil, bütün tarixinin ən qüdrətli dövrünü yaşayır.

İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra dövlətimizin, xalqımızın, müstəqilliyimizin yeni qəhrəmanlıq salnaməsi yazıldı. Prezident İlham Əliyevin liderliyi, Ali Baş Komandanlığı və ordumuzun qəhrəmanlığı ilə yazılan bu tarix hər birimizi qürurlandırdı, şərəfləndirdi. Bir daha Prezidentimizlə, ordumuzla, dövlətimizlə fəxr etdik.

 

Bərpa və yenidənqurma  işlərinin miqyası çox əhatəlidir

 

Ermənilərin 30 ilə yaxın işğal dövründə dağıtdıqları, vandallıq və talan etdikləri torpaqlarımıza dövlətimiz indi yeni həyat bəxş edir. 44 günlük Vətən müharibəsinin başa çatmasından cəmi 11 ay ötməsinə baxmayaraq, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin miqyası olduqca masştablıdır. Hazırda azad olunmuş bütün ərazilərimizdə kompleks şəkildə yeni infrastruktur yaradılır. Avtomobil və dəmir yolları çəkilir, hava limanları inşa olunur. Qarabağ və Şərqi Zəngəzurun elektrik enerjisi ilə etibarlı təminatı üçün demək olar ki, bütün rayonlarda yarımstansiyalar inşa olunur. Müharibənin başa çatmasından cəmi 11 ay ötməsinə baxmayaraq, bir neçə su elektrik stansiyasının və yarımstansiyanın, Suqovuşan və Talış kəndlərinə çəkilən avtomobil yollarının, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi və “Zəfər yolu”nda son tamamlanma işlərinin aparılması, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin bərpasına göstərdiyi yüksək diqqətin təcəssümüdür.

İşğaldan azad edilmiş şəhər və rayonlarımızın bərpası və yenidənqurulması istiqamətində işlər sürətlə gedir. Şuşanın bərpası istiqamətində qısa müddətdə mühüm işlər görülüb və Qarabağın tacı tarixi şöhrətini özünə qaytarır. Digər rayonların bərpası ilə bağlı müxtəlif layihələr icra olunmaqdadır. Oktyabrın 4-də Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayıl şəhərinin bərpasının, həmçinin burada yaşayış kompleksinin, məktəb və xəstəxana binalarının təməlinin qoyulması bunu təsdiq edir.

Qarabağ və Şərqi Zəngəzurun böyük iqtisadi potensialı var. İşğaldan azad olunmuş rayonlarımızın istər sənaye, istər kənd təsərrüfatı potensialı çox genişdir. Bu torpaqlar həm bərəkətli, həm də yeraltı və yerüstü sərvətlərlə zəngindir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurun iqtisadi resurslarının hərəkətə gətirilməsi, o cümlədən azad olunmuş torpaqlarımızın kənd təsərrüfatına cəlb edilməsi bütövlükdə respublikamızın iqtisadi inkişafına və iqtisadiyyatımızın diversifikasiyasına, xüsusən qeyri-neft sektorunun genişlənməsinə böyük töhfələr verəcək. Prezident İlham Əliyevin fərmanına əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması da düşmən tapdağından xilas olunan torpaqlarımızın iqtisadi potensialının hərəkətə gətirilməsinə təkan verəcək. Bu layihənin həyata keçirilməsi bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına səbəb olacaq, məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq.

 

Azərbaycan-Rusiya  tərəfdaşlığının təcəssümü

 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımızın işğaldan azad edilməsi kənd təsərrüfatı texnikasına, eləcə də digər texnikalara və texniki xidmətlərə tələbatı artırıb. Bu baxımdan Qarabağ bölgəsində yük avtomobilləri və kənd təsərrüfatı texnikaları üçün “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlinin qoyulması xüsusi əhəmiyyət daşıyır. Prezident

İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl rayonuna səfəri zamanı təməli qoyulan regional servis mərkəzinin ümumi ərazisi 1,5 hektar olacaq. Ərazidə satış zalı, maliyyə xidmətləri şöbəsi, xidmət bürosu, menecer şöbələri, təmir zonası, ustaların ofisləri və ehtiyat hissələri anbarının yerləşəcəyi inzibati bina, yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət üçün qulluq blokları, təmir sexləri, avtoyuma və dayanacaq fəaliyyət göstərəcək. Mərkəzdə “KamAZ” ilə yanaşı, digər yük avtomobillərinə, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcək. Burada 36 yeni iş yerinin açılması nəzərdə tutulur.

Son illərdə Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətləri digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf edir. Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Tatarıstan Respublikası ilə səmərəli qarşılıqlı əməkdaşlıq münasibətləri var. Yük maşınlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən olan “KamAZ”ın Cəbrayılda “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə birgə servis mərkəzinin yaradılması bunun bariz göstəricisidir. Layihə bu ilin iyul ayında Rusiya şirkətlərinin nümayəndələrinin Azərbaycana işgüzar missiyası çərçivəsində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə “KamAZ” ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq “KamAZ” avtomobil zavodu ilə birlikdə həyata keçiriləcək.

Xatırladaq ki, “KamAZ” ASC-nin “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə birgə layihəsinə 2014-cü ildə start verilib. Azərbaycanda “KamAZ”ın ilk partiyası 2015-ci ildən istehsala buraxılıb. Hazırda Gəncədə 8 model

“KamAZ” buraxılır və indiyədək 1000-dən çox maşın istehsal olunub. Əməkdaşlığın inkişafı ilə bağlı perspektivdə planlar var. Belə ki, Rusiya bankının maliyyəsinin cəlb edilməsi ilə gələcəkdə lizinq şirkətinin, ehtiyat hissələri üzrə regional anbarların yaradılması, mövcud xidmət mərkəzlərinin müasirləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, Cəlilabad, İsmayıllı və İmişlidəki servis mərkəzləri modernləşdiriləcək.

Birgə servis mərkəzinin təməlinin qoyulması mərasimində Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Albert Kərimov və “KamAZ” ASC-nin baş direktorunun müavini Rüstəm Şamsutdinov da iştirak edirdilər. Onların Cəbrayıla gəlişi həm də Füzuli Beynəlxalq Hava Limanında ilk xarici nümayəndə heyətinin qarşılanması kimi yadda qaldı.

Dövlətimiz və xalqımız özünün tarixi günlərini yaşayır. Sözsüz ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı qarşıya qoyulan vəzifələrin hər biri vaxtında icra olunacaq. O cümlədən azad olunmuş bütün ərazilərimizin iqtisadiyyatı bərpa ediləcək. “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzi də bu istiqamətdə öz töhfələrini verəcək.

 

Xanlar FƏTİYEV,

Gəncə Avtomobil Zavodu İstehsalat

Birliyinin Müşahidə Şurasının sədri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM