18:52 13 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qarabağ savaşında düşmənin hədəfində olmuş Tərtər yenidən qurulur

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:37 13.04.2021

 

Parlaq zəfərlərimizlə başa çatan 44 günlük müharibə Tərtər rayonunun sosial-iqtisadi həyatında dərin izlər qoymuşdur. Erməni işğalçıları müharibənin davam etdiyi dövrdə elə gün olmadı ki, Tərtər şəhərinə, rayonun ayrı-ayrı kəndlərinə raket və artilleriya mərmisi atmasın. Döyüş meydanında rüsvaylıqla məğlub olan düşmən sanki yaşayış məntəqələrini, dinc əhalini hədəf seçməklə təsəlli tapırdı.

Aparılan dəqiq statistikaya görə, ay yarım davam edən müharibə zamanı Tərtər rayonu ərazisinə 16277 ədəd artilleriya mərmisi və raket atılmışdır. Nəticədə 40 yaşayış məntəqəsində çox sayda ev və müxtəlif təyinatlı sosial obyektlər dağılmış, 16 nəfər mülki əhali həlak olmuş, 63 nəfər yaralanmışdır.

Dövlətin dəstəyi ilə tərtərlilər savaş başa çatandan dərhal sonra müharibənin vurduğu yaraları aradan qaldırmaq üçün isə başlamışlar. Hazırda rayonun şəhər və kəndlərində müharibədən zərər çəkmiş 677 yaşayış evinin, eləcə də məktəb və uşaq bağçalarının, digər sosial obyektlərin təmir və bərpa işləri aparılır. Artıq 192 fərdi yaşayış evinin və mənzilin təmir-bərpa işləri başa çatmış, 40-a yaxın çoxmənzilli yaşayış binasının dam örtükləri təmir olunmuşdur.

Vətən müharibəsində qəhrəmanlıq nümunəsi göstərən tərtərlilər bu gün doğma yurdun hər qarışını abadlaşdırmaq üçün fədakarlıqla çalışırlar. Raket və mərmilərdən təmizlənmiş küçə və meydanlarda abadlıq, quruculuq işləri bu yaz günlərində geniş vüsət almışdır. Şəhərin bir çox küçələrinə asfalt örtük salınmış, istinad divarları aqlay və bəzək daşları ilə üzlənmiş, elektrik, qaz, telefon xətləri, qaydaya salınmışdır.

Bu günlər genişmiqyaslı abadlıq, quruculuq işləri ilə yanaşı, yaz-tarla işlərinə də start verilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalında böyük uğurlara imza atan, qabaqcıl təcrübə məktəbinə çevrilən Tərtər ölkə iqtisadiyyatının daha da güclənməsinə son illər sanballı töhfələr verir. Qarabağ zəfəri Tərtər kəndlisi üçün ikiqat sevindiricidir. Suqovuşanın nəzarətimizə keçməsi Tərtər rayonunda əkin sahələrinin 30 ildən bəri davam edən su problemini aradan qaldırmışdır.

Bu gün bolluq, bərəkət həvəsli Tərtər kəndlisinin əhvali-ruhiyyəsi yetərincə yüksəkdir. İndi taxıl zəmilərində becərmə işləri davam edir. Çiyid səpininə yenicə başlanmışdır. Tərəvəz sahələrində, meyvə bağlarında hamı həvəslə işləyir. Çünki daha top gurultusu, güllə səsi heç kimi diksindirmir.

 

Lazım QULİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM