14 Oktyabr 2021 00:28
515
CƏMİYYƏT
A- A+

Qarabağ Dirçəliş Fondu Banklar Assosiasiyası ilə əməkdaşlığa başladı

 

Azərbaycan Banklar Assosiasiyası və Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.

Memorandumu Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin sədri Zakir Nuriyev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.

Əməkdaşlıq Memorandumunun məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığın həyata keçirilməsini, eyni zamanda mümkün olduğu halda bankların xidmət şəbəkəsi, məhsulları və digər resurslarının səfərbər olunması vasitəsi ilə QDF-yə köçürülən ianələrin artımını təşviq etməkdir.

Razılaşmaya əsasən, yuxarıda qeyd olunan məqsədlərə nail olmaq üçün Memorandumda QDF və ABA-nın üzvləri arasında əməkdaşlıq mühitinin və kommunikasiyasının yaradılması, mövcud işçi qruplarının təlimatlandırılması ilə yanaşı, ehtiyac olduğu təqdirdə yeni işçi qruplarının yaradılması, QDF-nin işçi qruplarının iclaslarında iştirakının təmin edilməsi, fond tərəfindən təqdim edilən layihələrin ABA üzvlərinə kommunikasiya edilməsinin təşkili, maliyyələşdirilməsi imkanlarının təhlili və araşdırılması kimi məsələlər öz əksini tapıb.

Bu əməkdaşlıq eyni zamanda işğaldan azad edilən ərazilərə qayıdacaq vətəndaşlarımızın güzəştli bank xidmətləri, habelə həmin ərazilərdə fəaliyyət göstərəcək şirkətlərin güzəştli bank xidmətləri ilə təmin edilməsi imkanlarının araşdırılması kimi əhəmiyyətli mövzuları da əhatə edir.

Tərəflər bu əməkdaşlığın işğaldan azad edilən ərazilərin bərpası, yenidən qurulması, sosial-iqtisadi rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdə əhəmiyyətli rol oynayacağını ifadə ediblər.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video