16:51 30 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
11:39 30.07.2021 Şuşanın dağları
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Qarabağ beynəlxalq humanitar və ictimai elmlərdə: müasir araşdırmalar” mövzusunda konfrans
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
16:48 19.06.2021

İyunun 17-dən 19-dək “Qarabağ beynəlxalq humanitar və ictimai elmlərdə: müasir araşdırmalar” konfransı keçirilib. Konfrans AMEA-nın Folklor İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Qafqazşünaslıq İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Mərkəzi Elmi Kitabxana, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Türkiyə Cümhuriyyətinin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi Böyük Qayıdış planı çərçivəsində akademiyanın aparacağı elmi-tədqiqat işləri və fəaliyyət proqramı barədə məlumat verib. Akademik çıxışı zamanı iyunun 15-də Azərbaycan və Türkiyənin ölkə başçıları tərəfindən imzalanan Şuşa Bəyannaməsinə, onun əhəmiyyətinə diqqət çəkib

Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov isə bildirib ki, bu konfrans çox əlamətdar günlərdə keçirilir. Şuşa Bəyannaməsinin təkcə siyasi, iqtisadi, hərbi sahələrdə deyil, eləcə də elm, mədəniyyət, təhsil sahələri ilə bağlı çox qiymətli maddələri var. Bu maddələrdən ikisi mədəniyyətin təbliği və inkişafı ilə bağlıdır. Alim bildirib ki, biz Azərbaycanda, xüsusən Qarabağda mədəniyyət abidələrinin qorunması sahəsində tədbirlər görməliyik və bu tədbirləri davamlı şəkildə həyata keçirməliyik. Qarabağ mədəniyyətini öyrənmək və onu dünyada tanıtmaq əsas amacımız olmalıdır. Akademik çıxışının sonunda qeyd edib ki, bu konfrans elmi, iqtisadi, hərbi, eləcə də bütün sahələrdə əl-qolumuzun açılmasında, mühüm perspektiv vəzifələrin irəli sürülməsində böyük əhəmiyyət daşıyır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova isə bildirib ki, konfrans çox aktual və önəmli bir məsələyə - Qarabağa həsr olunub. Qarabağ mövzusunda belə tədbirlərin keçirilməsinə böyük ehtiyac var, çünki məhz bu cür konfranslarda məsələlər həll olunur və irəliyə addımlar atılır.

Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən azad edildikdən sonra ilk dəfə beynəlxalq konfransı qalib dövlət kimi keçiririk və bu konfrans elm sahəsindəki müxtəlif problemlərin həllində ciddi rol oynayacaq.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu da çıxışı zamanı bildirib ki, biz hamımız tarixi, qəlbimizdə qürur hissi doğuran günlər yaşayırıq. Konfransın da belə bir günə təsadüf etməsi bizim sevincimizi ikiqat artırır. Akademik Dilçilik İnstitutunda Qarabağla bağlı görülmüş işlərdən, eləcə də beşcildlik Azərbaycan dilinin “Qarabağ dialektoloji atlası”nın hazırlanmasından bəhs edib. O qeyd edib ki, təmsil etdiyi institut “Qarabağ dialektoloji lüğəti”ni və “Qarabağ dialekti” monoqrafiyasını da hazırlayıb təhvil verəcək.

Xəzər Universitetinin rektoru, dosent İradə Xəlilova konfransın mövzusunun aktuallığından bəhs edərək çox səmərəli və faydalı müzakirələrin olacağına əminliyini ifadə edib.

Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun rəhbəri Mustafa Lətif Əmək çıxış edərək konfransda yer alan məruzələrin böyük əhəmiyyətini vurğulayıb və bu konfransın mövzusunun Qarabağ olmasının təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün də qürurverici olduğunu diqqətə çatdırıb.

Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramazan Qafarlı çıxış edərək saysız-hesabsız minaların basdırılması və böyük təhlükənin olması səbəbindən bu konfransın Qarabağda keçirilməməsinə təəssüfünü ifadə edib. Buna baxmayaraq o, 44 günlük müharibədə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə erməni işğalçıları üzərində qələbəsindən sonra dünya siyasətində Azərbaycana münasibətdə xeyli müsbət dəyişikliklər baş verdiyini, xaricdən bu konfransa maraq göstərən insanların sayının çoxluğunun da bunun bir göstəricisi olduğunu vurğulayıb.

Folklor İnstitutunun dosenti, Milli Məclisin deputatı Əziz Ələkbərli isə çıxışı zamanı bildirib ki, Azərbaycan öz tarixinin və taleyinin ən şərəfli bir dövrünü yaşayır və bu tarixi müzəffər Ali Baş komandan, Prezident İlham Əliyev başda olmaqla Azərbaycan Ordusu, Azərbaycan əsgəri və Azərbaycan xalqı yazıb. O, bu tarixin bu gün də yazıla-yazıla davam etdiyini, tarixə qızıl hərflərlə düşəcək Şuşa Bəyannaməsinin böyük hadisə olduğunu qeyd edib.

Türkiyənin Ankara Qazi Universitetinin professoru Necati Demir gənc nəslin şücaəti sayəsində türk millətinin namusunun təmizləndiyini və Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olacağını bildirib.

Sonda Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin professoru Mustafa Talas türk dünyasında baş verən proseslərdə ortaq iradənin böyük rol oynadığını bildirib, güclü iradə sayəsində daha böyük uğurlara imza atılacağına əminliyini ifadə edib.

Konfransın açılış mərasiminin sonunda məruzəçilər İKSAD rəhbərliyi tərəfindən simvolik hədiyyələrlə təltif ediliblər.

Qeyd edək ki, üç gün davam edən “Qarabağ beynəlxalq humanitar və ictimai elmlərdə: müasir araşdırmalar” konfransında 200-dən çox məruzəçinin müxtəlif bölmələrdə məruzələri dinlənilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM