05 Oktyabr 2021 00:54
722
SİYASƏT
A- A+

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Hüquqi və siyasi məsələlər komitəsinin iclası keçirilib

 

Oktyabrın 4-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Hüquqi və siyasi məsələlər komitəsinin onlayn formatda 58-ci iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Məclisi QDİƏT PM-dəki Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və nümayəndə heyətinin üzvü Jalə Əhmədova təmsil ediblər.

Hüquqi və siyasi məsələlər komitəsinin sədri Mixail Yemelyanov (Rusiya) iclası açaraq gündəliyi təqdim edib. Əvvəlcə parlamentarilər komitənin 57-ci toplantısının protokolunu təsdiqləyiblər. Sonra Roberta Alma Anastase (Rumıniya) “Qanunverici prosesin effektivliyinin və parlament fəaliyyətinin şəffaflıq səviyyəsinin artırılması məqsədilə rəqəmsallaşmanın və innovativ inkişafın sürətləndirilməsi” mövzusunda məruzəni təqdim edib.

Məruzəçidən sonra Azərbaycan nümayəndə heyətinin üzvü Jalə Əhmədova çıxış edib. O, Azərbaycanda həyata keçirilən rəqəmsallaşma və şəffaflıq siyasəti, e-hökumət, “ASAN xidmət”, elektron məhkəmə sistemləri haqqında məlumat verib. Bildirilib ki, rəqəmsal innovasiyaların tətbiqi, vətəndaş məmnunluğunun səviyyəsinin qaldırılması kimi məsələlər Azərbaycanda dövlət siyasətinin prioritetlərindəndir.

İclas iştirakçıları məruzəni və məruzə üzrə komitənin tövsiyələrini təsdiqləyiblər, qurumun cari fəaliyyətini və gündəlikdəki digər məsələləri nəzərdən keçiriblər, müvafiq qərarlar qəbul ediblər. Komitənin növbəti iclasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.

Həmçinin komitədə təşkilati məsələlər həll edilib. Belə ki, Roberta Alma Anastase (Rumıniya) komitənin sədri, Tülay Kaynarca (Türkiyə) komitə sədrinin müavini seçilib.

İclasın yekununda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev komitə sədrliyini təhvil verən Mixail Yemelyanova (Rusiya) təşəkkürünü bildirib, yeni seçilən komitə rəhbərliyinə uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video