07:59 22 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
01:20 22.06.2021

80 illik ibrət dərsi


01:04 22.06.2021

Şəhid kapitan unudulmur


00:55 22.06.2021

Rekordlarla dolu gün


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qanı təmizləyən üç məhsul
ANA SƏHİFƏ / SƏHIYYƏ
09:33 08.06.2021

 

Müxtəlif xəstəliklər zamanı qana toksinlər və digər təhlükəli maddələr dola bilər. Ən yaxşısı onlardan tez azad olmaqdır. Bu işdə təmizləyici effektə malik xüsusi məhsullar daha faydalı ola bilər.

AZƏRTAC “MedicForum” saytına istinadla xəbər verir ki, belə məhsullardan biri, çoxlarımızın demək olar ki, hər gün istifadə etdiyi adi yerköküdür.

Lakin mütəxəssislər deyirlər ki, insanlar yerkökünü az yeyirlər. Onun həqiqətən qanı təmizləməyə başlaması üçün hər gün bir stəkan yerkökü suyu içmək tövsiyə olunur. Bu baxımdan, balqabağın faydalı xüsusiyyətlərini qeyd etmək də yerinə düşərdi. Bu tərəvəz təkcə qanı deyil, bütün bədəni təmizləyən unikal xüsusiyyətlərə malikdir.

Diyetoloqlar hər gün təxminən 200 qrama yaxın tomat yeməyi və ya bir stəkan pomidor suyu içməyi məsləhət görürlər. Bu, qandan təhlükəli elementlərin tez bir zamanda çıxarılmasına kömək edə bilər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM