26 Avqust 2019 21:39
1166
Səhiyyə
A- A+

Qan qrupuna görə qidalanma


Qidaların qan qrupuna görə qəbul edilməsi sahəsində xeyli məlumatlar var. Həmin məlumatlara əsasən bəzi qidaların müəyyən qan qrupu daşıyıcılarının qəbul etməsi və ona uyğun pəhriz saxlaması məsləhət görülür. Bura ət və ət məhsulları, meyvə-tərəvəzlər və digər məhsullar daxildir.

Respublika Kliniki Uşaq Xəstəxanasının həkim-hematoloqu, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadə bu barədə AZƏRTAC-a deyib: "Qan qrupuna görə qidalanma ümumiyyətlə, düzgün deyil. Bəzilərinə paxlalı qidalar qəbul etmək məsləhət görülsə də, bəzilərində bu, kökəlməyə səbəb olur. Bu istisnalar tərəvəzlərə də aiddir. Məsələn, III qrupda ananasa üstünlük verilsə də, pomidor qəbuluna icazə verilmir. IV qrup II və III qrupların birləşməsi olduğu üçün qidalanma balanslaşdırılmış formadadır.

Bütün qan qruplarına tərəvəz və göy-göyərtilətdən bol istifadə etmək və daha çox zülal mənşəli qidalara üstünlük vermək məsləhət görülür. Zülalın çox qəbulu orqanizmin tez arıqlamasına və əzələlərin yaxşı qidalanmasına səbəb olur”.

Düzgün qida qəbuluna əməl etmək üçün taxıl məhsulları, un məmulatları, ağ rəngli qidaların rasiondan kənarlaşdırılması məsləhət görülür. Bəzən çörək yemədən pəhriz saxlamağa üstünlük verirlər. Lakin bu, düzgün deyil, çünki çörəyin tərkibində orqanizm üçün faydalı olan B qrupu vitaminləri digər qidalarda yoxdur. Ona görə də xüsusilə səhər yeməyi zamanı bir dilim qara çovdar çörəyinə üstünlük verilməsi tövsiyə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video