25 Iyul 2021 00:35
979
Elm və texnika
A- A+

Qadağalardan şöhrət qazanan içki

 

Qəhvəni kim kəşf edib?

 

Bu gün dünyada ən sevimli içkilərdən birinə çevrilən qəhvənin maraqlı yaranma tarixi var. Məlumatlara görə, qəhvə ilk dəfə Həbəşistanın cənub-qərbində yerləşən Qaffa bölgəsində aşkar olunub. Sonralar qəhvə Mərkəzi Ərəbistana gətirilib.

Belə bir əfsanə də mövcuddur ki, çox-çox illər əvvəl Efiopiyada bir çoban təsadüfən qəhvə bitkisinin qeyri-adi təsirlərini aşkar edib. O, fikir verib ki, qəhvə giləmeyvələrini yeyən keçilər yatmırlar və bütün gecəni hoppanıb dəcəllik edirlər. Təəccüblənən çoban bu barədə mollaya danışır və molla qəhvə ağacının meyvələrinin təsirini öz üzərində yoxlayır. O vaxtdan bəri qəhvə öz şöhrətini qazanır.

Qəbul edilib ki, qəhvənin vətəni Afrika, xüsusən Efiopiyadır. Qəhvə öz adını Efiopiyanın cənub əyalətlərinin birinin adından - “Kaffa”dan götürüb. Bir müddət keçdikdən sonra qəhvə ağacı Ərəbistana - indiki Yəmənə gətirilib və beləliklə, “kaxva” adını alan qəhvə ərəblərin də sevimli içkisinə çevrilib. 

Qəhvə ağacı Ərəbistandan Cənub-Şərqi Asiyaya aparılıb, Yava və Bataviya adalarında hollandiyalılar bütöv qəhvə plantasiyaları salıblar. Qəhvənin bütün sonrakı tarixi Cənubi Amerika, daha çox Braziliya ilə bağlıdır. Braziliya limanı Santos dünyanın “qəhvə paytaxtı” hesab edilir. Hazırda dünyada əsas qəhvə istehsalçısı olan Braziliyaya qəhvə ağacı maraqlı yolla gətirilib.

Məsələ burasındadır ki, hollandiyalılar öz qəhvə inhisarlarını ayıq-sayıq qoruyurdular və qəhvə ağaclarını ölkədən çıxaranları ölümlə təhdid edirdilər. Lakin bir dəfə Hollandiyada qubernator arvadı buraya dəvət edilən və pərəstişkarı olan braziliyalı gəncə rəğbətinin əlaməti olaraq gül dəstəsi verir. O, bu gül dəstəsinin arasına bir ovuc qəhvə toxumu qoyur. Bu toxumlarla da Braziliyada qəhvə ağacları yayılır.  

1517-ci ildə Yavuz Sultan Səlimin dövründə türk əsilli Özdəmir Paşa Yəməndə içdiyi və çox sevdiyi qəhvəni İstanbula gətirir. O, qəhvəni Avropaya ilk gətirən şəxs kimi tarixə düşür.

Belə məlumatlar var ki, Rusiyada qəhvə dərman vasitəsi kimi 1655-ci ildə çar Aleksey Mixayloviç Romanovun sarayına məlum idi.

Qahirəyə qəhvə ilk dəfə 1532-ci ildə gətirilib. Paralel olaraq qəhvə Suriya və Kiçik Asiyaya da yayılıb. 1538-ci ildə Yəmənin işğalından sonra qəhvənin istifadəsi daha çoxalıb.

Qəhvə Avropada özünə şöhrəti dərhal qazanmayıb. Əvvəlcə qəhvənin əleyhinə güclü təbliğat aparılıb, cürbəcür cəfəngiyyatlar uydurulub. Məsələn, guya, qəhvə içərkən insanın mədəsi yanır və s.  Keşişlər iddia edirdilər ki, qəhvə türk içkisidir və katoliklərin onu içməsi haramdır. Lakin  kardinallar, arxiyepiskoplar və yepiskoplar özləri qəhvə içirdilər.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video