23 Noyabr 2021 20:04
431
CƏMİYYƏT
A- A+

Prokurorluq orqanlarının xarici tərəfdaşları ilə səmərəli əməkdaşlığı uğurla davam etdirilir

 

Türkiyənin İstanbul şəhərinin Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə noyabrın 23-də Bakıya rəsmi səfərə gəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə tər gül dəstələri qoyublar.

Həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi də ziyarət edilib.

Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib.

Söhbət zamanı ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlətlərimizin başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunub, tarixən xalqlarımızın milli köklərə söykənən bu münasibətlərin gələcək dövrdə də uğurla inkişaf etdiriləcəyi vurğulanıb.

Kamran Əliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və xalqının ölkəmizə siyasi və mənəvi dəstəklərini nümayiş etdirdiyini minnətdarlıqla diqqətə çatdırıb, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərində türk şirkətlərinin fəal iştirakının iki ölkə arasında mövcud strateji əməkdaşlığın təzahürü olduğunu vurğulayıb.

Baş prokuror qonağı cari il noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası haqda məlumatlandıraraq, yaradılmış platformanın türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında, xüsusən cinayətkarlığa və terrorçuluğa qarşı mübarizədə mühüm əhəmiyyətə malik olacağını qeyd edib.

Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti olan Baş prokuror Kamran Əliyev həmin qurumun növbəti yığıncağının 2023-cü ildə İstanbulda keçiriləcəyindən məmnunluğunu ifadə edərək, Türkiyənin bu mötəbər tədbirə ən yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliyini bildirib.

Səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Şaban Yılmaz ölkəmizi və xalqımızı qazanılmış Qələbə münasibətilə təbrik edib, Vətən uğrunda canlarından keçmiş şəhidlərə rəhmət diləyib.

Şaban Yılmaz tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirərək bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamları ilə dəqiq ifadə edildiyini vurğulayıb.

İstanbul şəhərinin Baş prokuroru hər iki ölkənin prokurorluq orqanları arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün təcrübə mübadiləsinin aparılmasının önəmini xüsusilə diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da səmərəli fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, qardaş ölkələrimiz arasındakı münasibətləri əks etdirən ekspozisiyalar, eyni zamanda, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan guşə və eksponatlar qonaqlarda zəngin təəssürat oyadıb.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazində, Dərnəgül yaşayış sahəsində yerləşən yeni inzibati bina kompleksində də olublar. Nümayəndə heyətinin üzvləri yeni inzibati binada prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, Vətən müharibəsinə həsr edilmiş tarixi-memorial qalereya, tədris auditoriyaları və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olublar.

Qeyd edək ki, İstanbul Şəhər Baş Prokurorluğunun 2015-ci ildə şəhid olmuş prokuroru Mehmet Selim Kirazın valideynləri Saadet Kiraz və Hakkı Kiraz da nümayəndə heyətinin tərkibində ölkəmizə səfərə gəliblər.

Nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video