21:41 26 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
18:34 26.07.2021 Hindistanda körpü çökdü
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

ANA SƏHİFƏ / QANUNLAR
01:54 08.05.2021

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 452, № 12, maddə 731; 2002, № 12, maddə 706; 2005, № 10, maddə 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddələr 1, 4,  № 2, maddə 82, № 6, maddə 570, № 8, maddə 756, № 11, maddələr 1078, 1081; 2008, № 3, maddə 155, № 4, maddə 250, № 8, maddə 696; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 3, maddə 171, № 11, maddə 944; 2011, № 2, maddə 71, № 11, maddə 988; 2012, № 11, maddə 1039; 2014, № 3, maddə 238; 2016, № 2 (I kitab), maddə 193, № 6, maddələr 982, 1018; 2017, № 12 (I kitab), maddə 2243; 2018, № 3, maddə 397, № 12 (I kitab), maddə 2473; 2020, № 7, maddə 828) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.4-cü maddəyə “xidmət” sözündən əvvəl “vəzifə və hərbi” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 3.4-cü maddə əlavə edilsin:

“3.4. Hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuların hərbi xidmətlərinin əsasları və şərtləri “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi” və hərbi qulluqçuların fəaliyyətini müəyyən edən digər normativ hüquqi aktlarla tənzimlənir.”.

3. 4.4-1-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində” sözləri “Azərbaycan Respublikası Baş Prokurorluğunun elm-tədris mərkəzində” sözləri ilə əvəz edilsin.

4. 5.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“5.2. İlk dəfə prokurorluğa qulluğa qəbul edilən şəxslər üçün 6 aylıq stajorluq müddəti müəyyən edilir. Azərbaycan Respublikasının Baş prokuroru hüquqşünas ixtisası üzrə 5 ildən artıq iş təcrübəsi olan işçini stajorluq müddətindən azad edə bilər. Stajorluq müddəti bitdikdən sonra stajorun qulluq etdiyi prokurorluq orqanının rəhbəri müsbət rəy verərsə, stajor 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilir. Rəy mənfi olarsa, stajor attestasiyadan keçirilir. Attestasiyanın nəticəsindən asılı olaraq stajorun 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunur.”.

5. 10-cu maddə üzrə:

5.1.      10.0.4-cü maddədə “müavinləri və şöbə rəisləri” sözləri “müavinləri, şöbə rəisləri və şöbə rəislərinin müavinləri” sözləri ilə əvəz edilsin;

5.2.      10.0.5-ci maddəyə “Bakı şəhər prokurorluğunun idarə və şöbə rəisləri,” sözlərindən sonra “idarə və şöbə rəislərinin müavinləri,” sözləri, “Bakı şəhər prokurorunun böyük köməkçiləri” sözlərindən sonra “, şəhər, rayon prokurorlarının və hərbi prokurorların müavinləri” sözləri əlavə edilsin;

5.3.      10.0.6-cı maddədən “, şəhər, rayon prokurorlarının və hərbi prokurorların müavinləri” sözləri çıxarılsın.

6. 18.11-ci maddəyə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:

“Prokurorluq işçisinə vaxtından əvvəl rütbə onun daşıdığı rütbədə olma müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər.”.

7.         20.1-ci maddənin ikinci hissəsinə “işçilərinə” sözündən sonra “və onların ailə üzvlərinə” sözləri əlavə edilsin.

8.         Aşağıdakı məzmunda 21.2-1-ci maddə əlavə edilsin:

“21.2-1. Prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 aprel 2021-ci il



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM