Prezident seçkilərini müşahidə etmək üçün 8 ölkədən 10 beynəlxalq təşkilat dəvət olunub
Dünən Milli Məclisin Sədri Oqtay Əsədov oktyabrın 9-da keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana dəvət olunan Fransa Senatının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycanda seçkiyə hazırlıq və beynəlxalq təşkilatların seçkidə müşahidəçi qismində iştirakı müzakirə edilib.
Milli Məclisin Sədri Oqtay Əsədov qeyd edib ki, Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün 8 ölkədən 10 beynəlxalq təşkilat dəvət olunub: "Azərbaycan müstəqillik qazanandan bəri sayca 7-ci prezident seçkisini keçirəcək. Ölkəmizdə 4 dəfə də parlament seçkiləri keçirilib. Buna görə də seçkilərin təşkili sahəsində müəyyən qədər təcrübəmiz mövcuddur. Lakin yenə də beynəlxalq təşkilatların təcrübəsinə böyük ehtiyac var".
Oqtay Əsədov Azərbaycan-Fransa münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, ölkələrimiz arasında 40-a yaxın sənəd imzalanıb. Burada əsas məqsəd ölkələrarası hüquqi bazanı möhkəmləndirməkdir: "Ötən il Azərbaycanın Fransa ilə iki milyard dollardan çox ticarət dövriyyəsi olub. Bu göstərici cari ilin 6 ayı ərzində 1 milyard dolları keçib. Hazırda Azərbaycanda 40-a yaxın Fransa şirkəti çox uğurla fəaliyyət göstərir. İnanıram ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Sevindirici haldır ki, iki ölkə parlamentində dostluq qrupları fəaliyyət göstərir. Ümumi əlaqələrin inkişaf etməsində parlamentlərarası dostluq qrupları böyük rola malikdir. Biz bu qrupların işindən çox məmnunuq"
Sədr daha sonra vurğulayıb ki, qarşıdan gələn prezident seçkilərinin demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb: "Seçki məntəqələri lazım olan bütün avadanlıqlarla təchiz edilib. Hər bir seçki məntəqəsinin qapısı üzünüzə açıqdır. Oradakı seçkiöncəsi şəraitlə tanış olmaq üçün istədiyiniz məntəqələrə gedə bilərsiniz".
Fransa Senatının üzvü və fransalı nümayəndə heyətinin rəhbəri Nathalie Goulet öz növbəsində prezident seçkilərində müşahidəçi qismində Azərbaycana dəvət olunduğu üçün təşəkkürünü bildirib. Qeyd edib ki, o, Azərbaycanda bir neçə seçkidə iştirak edib: "Son 10 il ərzində Azərbaycan böyük nailiyyətlər əldə edib. İnanırıq ki, bu seçkilər də demokratik və şəffaf şəkildə həyata keçiriləcək. Biz hər zaman ədalətli müşahidə aparmağa çalışmışıq. Buna qətiyyətlə əmin ola bilərsiniz. Seçkidən sonra öz fikirlərimizi dolğun şəkildə bildirəcəyik".
Sonda maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Elgün MƏNSİMOV,
Fərman BAĞIROV (foto),
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!