09 Noyabr 2021 00:36
598
SİYASƏT
A- A+

Prezident Rəcəb Tayyib Ərdoğan: Türkiyə bütün platformalarda Azərbaycanın yanında olmaqda davan edəcək

 

Bu gün Azərbaycanın Qarabağı və işğal altındakı ərazilərini 44 günlük şanlı bir savaş nəticəsində azad etməsinin birinci ildönümüdür. Beynəlxalq ictimaiyyətin gözü qarşısında təxminən otuz illik işğala son qoyan qardaşım, Prezident İlham Əliyev başda olmaqla azərbaycanlı qardaşlarımı bir daha təbrik edirəm. Qarabağ və Azərbaycanın digər ərazilərinin haqsız, hüquqsuz və əxlaqsız işğalı qarşısında 30 il boyunca susanlar bölgədə tökülən qanların və faciələrin məsuliyyətini daşıyırlar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə ənənəvi müraciətində ifadə edib.

Şəhidlərimizə Allahdan rəhmət, qazilərə şəfa diləyən Türkiyə dövlətinin başçısı Zəfərdən sonra işğaldan azad olunan ərazilərdə böyük abadlıq və quruculuq prosesini davam etdiyini xatırladıb, bölgədə yaranmış yeni vəziyyətin bütün tərəflər üçün faydalı olduğunu söyləyib.

Keçmiş məlum münaqişənin Ermənistanın əsas işğalçılığı və hücumları nəticəsində başlandığını, təcavüzkar tərəfin məqsədli şəkildə silahlandırıldığını diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, qazanılmış Zəfərdən sonra yaranmış yeni vəziyyət Qafqazın strateji əhəmiyyətini daha da artıracaq. Türkiyə Zəngəzur dəhlizinin açılması da daxil olmaqla, bütün platformalarda Azərbaycanın yanında olmaqda davan edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video