19:28 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezident işğaldan azad olunmuş ərazilərin bərpa və dirçəliş tarixini bəyan etdi
ANA SƏHİFƏ / SİYASƏT
00:28 13.10.2021

 

İlham ƏLİYEV: “Biz 5 il ərzində bütün dünyanın qibtə edəcəyi yeni  Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq”

 

Böyük və müqəddəs qələbəmizin birinci ildönümünə sayılı günlər qalır. Uzun sürən münaqişənin sonunda Azərbaycanın parlaq Qələbəsi region ölkələri arasında iqtisadi əməkdaşlığa zəmin yaratdı. Bu qələbə həm də erməni xalqına anlatdı ki, uzun illər onu əsarətdə saxlayan faşist ideologiyasından imtina etsin və Azərbaycan Prezidenti İlham Əliyevin sülh çağırışlarından, təklif olunan əməkdaşlıq formatlarından yararlanıb ağ günə çıxsın.

 

Təəssüf ki, postmüharibə dövründə də Ermənistanın fərqli mövqelərdən çıxış etməsinin sahidi oluruq. Sözdə Ermənistanın sülh proseslərinə qatılmaq niyyəti, N.Paşinyanın danışıqlara hazır olmasını bəyan etməsi bir tərəfdən maraq doğursa da, digər tərəfdən bu ölkədə işğalçılıq siyasətindən imtina edilməsinin heç də asan olmadığı sezilir. Özü də bu siyasət erməni siyasətçilərinin ikinci, üçüncü təbəqəsi tərəfindən yox, elə prezident Armen Sarkisyan tərəfindən aparılır. O, bu yaxınlarda Romada erməni diasporunun nümayəndələri ilə görüşərkən deyib: “Biz bu müharibədə itkilər verdik, amma xatırlamağa dəyər ki, 90-cı illərdə eyni düşmənlə vuruşmuşuq. Biz Azərbaycana qalib gəldik və çox güman ki, o zaman daha yaxşı hazırlaşmışdıq. Ancaq təəssüf ki, qələbəmiz sabit sülhə çevrilmədi”. Bu sözlər ordusu darmadağın edilən, daxili siyasi çəkişmələrdə ləngərləyən dövlətin prezidentinin reallıqlardan nə qədər uzaq olduğunu, işğalçılıq ambisiyalarından əl çəkmədiyini göstərir.

Ermənistandan fərqli olaraq Qələbə elan edilən gündən Azərbaycan quruculuq dövrünə qədəm qoyub. Prezident İlham Əliyev qətiyyətlə bütün Qafqazın aqibətini dəyişməyə qadir olan ideyalar təklif edir. Dövlət başçısı bir neçə gün əvvəl Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında regionun sülhə qayıtmasının zəruriliyini qeyd edərək Azərbaycanın əməkdaşlığa hazır olduğunu bəyan etmişdir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin baş tutan ikitərəfli görüşünün konstruktiv keçdiyini qeyd edən İlham Əliyev Ermənistanın baş naziri ilə görüşə hazır olduğunu bir daha diqqətə çatdırmışıdır: “Amma əsas odur ki, Azərbaycanla Ermənistan arasında barışıq olsun, yəni sülh müqaviləsi imzalansın. Biz bunu istəyirik. Sərhədlərin delimitasiyası həyata keçirilsin”.

Amma görün bu çağırışa erməni siyasi liderləri nə cavab verir? Ermənistan Prezidenti bildirib ki, “müharibənin aqibətini əsgərlərin cəsarəti və fədakarlığı deyil, silah və texnika həll edirdi və bu məsələlərdə erməni tərəfi geri qalırdı... Məsul şəxslər müharibəni və Ermənistanın məğlubiyyətini təhlil etməlidirlər”. Maraqlı bir sual doğur: 10 min fərarisinin olduğunu, əsgərlərinin kütləvi surətdə döyüş mövqelərini atıb qaçdığını görməyən prezident anlamırmı ki, artıq Rusiya, Fransa, ABŞ erməni diasporunun nazı və kaprizləri ilə oynamaqdan bezib. Səlahiyyətsiz prezident dünyanın məşhur ekspert və hərbi analitiklərinın bu müharibəni xırda təfərrüatlarına qədər analiz edib süzgəcdən keçirdiyini bilmirmi? Sözsüz ki, bilməmiş deyil. Sadəcə, məğlubiyyətlərinin əsas səbəbini - işğalçılıq siyasətinin qurbanı olduqlarını etiraf etmək istəmir.

Azərbaycan isə bu gün misilsiz bir sürətlə bərpa işlərini davam etdirir. Ermənilərin dağıtdıqları 30 su elektirk stansiyasının 10-i gələn il, qalanları isə ondan sonrakı illərdə bərpa ediləcək. Hətta artıq bir neçə stansiya işə başlayıb. Eyni zamanda yeni yollar çəkilir, “ağıllı” kənd və şəhərlərin, “ağıllı” aqrar təsərrüfatların əsası qoyulur və bu zaman yüksək texnologiyalar tətbiq olunur.

Prezident İlham Əliyev qeyd edir ki, müharibə başa çatandan sonra yaranan yeni reallıqları bəziləri həzm edə bilmirlər: “Baxın, Azərbaycana qarşı yenə də təxribat və uydurma kampaniyasının yeni dalğası artıq başlamışdır. Bu, davam edəcək, biz buna hazır olmalı idik və hazır idik. Heç bir şey, hansısa məsələ Qarabağdan, torpaqlarımızın azad edilməsindən üstün ola bilməz, heç bir məsələ bunu üstələyə bilməz. Bu gün biz artıq bu reallıqları qəbul etdirdik, kiminsə xoşuna gəlir, gəlmir, amma qəbul etdirdik”. Ardınca isə Azərbaycan Prezidenti daha böyük qətiyyətlə, dəmir iradə ilə işğaldan azad olunmuş ərazilərin bərpa və dirçəliş tarixini açıqlayır: “Əminəm ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Bunu biz, ilk növbədə, insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar. Bunu biz təmin edəcəyik”.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM