11:19 11 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
00:55 11.04.2021

Zamanın bayraqdarı


00:37 11.04.2021

Xalqın sevdiyi rəhbər


00:33 11.04.2021

Qürur doğuran 3 il


00:23 11.04.2021

Uğurlarımızın memarı


00:22 11.04.2021

Zəfər sərkərdəsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezident İlham Əliyevdən qlobal həmrəyliyə növbəti töhfə

ANA SƏHİFƏ / SİYASƏT
00:53 30.03.2021

 

Pandemiyaya qarşı mübarizədə Azərbaycanın təcrübəsi ən uğurlu modellərdəndir

 

Dünya ölkələrinin bir ildən çoxdur mübarizə apardığı koronavirus pandemiyası dövründə Azərbaycan növbəti dəfə qlobal həmrəyliyə öz töhfəsini verdi. Ölkə rəhbəri İlham Əliyevin digər dövlətlər tərəfindən qəbul edilərək yüksək qiymətləndirilən daha bir təşəbbüsü vaksinlərin ədalətsiz və qeyri-bərabər paylanmasının aradan qaldırılması ilə bağlı oldu.

Martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, münasib qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edildi.

Qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqəti çəkir və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri kimi vurğulayır. Pandemiyanın aradan qaldırılmasında qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan qətnamə bu xüsusda Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyətini qeyd edir.

Sənəd BMT üzv dövlətlərinə və digər əlaqədar qurumlara COVID-19 əleyhinə peyvəndlərin bütün dövlətlər arasında ədalətli bölüşdürülməsini təmin etmək istiqamətində müvafiq tədbirlər görməyə çağırışdır. Eyni zamanda peyvəndlərin ədalətli bölüşdürülməsini dəstəkləmək məqsədilə yaradılmış beynəlxalq təşəbbüslərə, o cümlədən COVAX təşəbbüsünə dəstək ifadə edən qətnamə, bütün dövlətlərdən peyvəndlərin digər ölkələrə ixracı ilə bağlı mövcud olan lazımsız əngəlləri aradan qaldırmağa diqqət çəkir.

Bu qətnamənin qəbul olunduğu xüsusi sessiyanın təşəbbüsü ötən il koronavirusun bütün dünyanı əhatə etməyə başladığı ilk dövrlərdə Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində keçirilən onlayn Zirvə görüşündə Prezident İlham Əliyev tərəfindən irəli sürülüb və 130-dan çox ölkənin dəstəyini alıb. Bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı dövrdə Azərbaycanın belə bir təşəbbüslə çıxış etməsi ölkə rəhbərliyinin beynəlxalq arenada birlik və dünya ölkələrinin qarşılıqlı səmərəli fəaliyyəti üçün tərəfdaşlığa daim açıq olduğunu göstərib.

Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüs əsasında qəbul edilən qətnamədə əsas məqamlardan biri də odur ki, sənəd pandemiyanın aradan qaldırılmasında qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın təcəssümüdür.

Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, COVID-19-la mübarizədə də liderliyini qoruyub saxlaya bilib və beynəlxalq səviyyədə bu prosesə öz töhfəsini verib. Koronavirus pandemiyası başlanandan etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşlərinin, BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi bunun əyani sübutudur. Bütün tədbirlərdə Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi çıxışlarında pandemiyanın təsirindən formalaşmış qlobal problemləri və həll yollarını göstərdi. Eyni zamanda istər BMT Baş Assambleyası, istərsə də BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı çərçivəsində 30-dan çox ölkəyə COVID-19-la mübarizədə maliyyə dəstəyi verdi. “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi isə Prezident İlham Əliyevin təşəbbüslərinin daha bir qlobal təsdiqi oldu.

Ölkəmizin, xüsusilə dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan sənəd dövlətlər, xalqlar arasında əlaqələri daha da möhkəmləndirir, qlobal təhdidlərə qarşı beynəlxalq birliyin, həmrəyliyin formalaşmasına və inkişafına böyük töhfə verir.

Həqiqətən də COVID-19 pandemiyası şəraitində qlobal həmrəyliyə böyük ehtiyac var. Koronavirus ümumbəşəri problem olduğuna görə, dünya birliyi bu bəla ilə mübarizədə vahid mövqedən çıxış etməli və bir-birinə dəstək nümayiş etdirməlidir. Lakin təəssüf ki, ölkələr arasında ciddi ayrı-seçkiliyin şahidi oluruq.

COVID-19-dan qurtulmaq üçün əsas çarə vaksinlər olsa da, bəzi Qərb dövlətləri bu məsələdə ikili standartlardan çıxış edirlər. COVAX çərçivəsində vaksinlər qeyri-ədalətli şəkildə, yalnız öz çevrələrində olan ölkələr arasında qeyri-bərabər şəkildə paylandı və bu proses hələ də davam edir. Bir sıra ölkələrə nəzərdə tutulduğundan artıq vaksin verilsə də, digər ölkələr bu vaksinləri ala bilmirlər, nəticədə isə bu ölkələrdə vaksinləşmə prosesi ciddi şəkildə ləngiyir. Məhz bu səbəbdən Azərbaycan da COVAX-dan razılaşdırılmış peyvəndləri ala bilmir.

Azərbaycan COVAX təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri olsa da, bu qurum tərəfindən ölkəmizə vaksinlərin verilməsində müəyyən problemlər yaranıb. COVAX Azərbaycan tərəfinə bildirib ki, öncədən razılaşdırılmış qaydada vaksinlər ölkəmizə təhvil veriləcək. Lakin artıq müəyyən qədər vaxtın keçməsinə baxmayaraq, hələ də Azərbaycana vaksin təqdim edilməyib. Son günlər isə COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, ölkəmizə vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da vaxtı qeyri-müəyyəndir.

Əlbəttə, belə yanaşma qeyri-ciddidir və COVAX-a olan inamın itməsinə gətirib çıxarır. Buna baxmayaraq, Azərbaycan dövləti bu məsələdə öz işini sığortalayıb və Çin istehsalı olan “SinoVAC” vaksinini təmin edərək əhalinin vaksinləşməsini həyata keçirir. Regionumuzda ilk vaksinasiya kampaniyasına başlayan ölkə də məhz Azərbaycan olub. Artıq respublikada yarım milyondan çox vətəndaşımıza vaksin vurulub və proses uğurla davam edir. Bu səbəbdən COVAX-ın ədalətsizliyə yol verməsi Azərbaycan üçün böyük fəsad törətmir.

Azərbaycan dövlətinin zamanında bu ehtiyat tədbiri görməsi nəticəsində  ölkədə növbəti sərt karantin tədbirləri tətbiq edilməyib. Lakın bu, o demək deyil ki, vəziyyət dəyişməyə bilər. Çünki son həftələr ölkədə koronavirusa gündəlik yoluxma artan xətlə davam edir. Təəssüf ki, bu xəstəlikdən ölüm halları da artıb. Aktiv xəstə sayı isə 17 min nəfəri ötüb. Bu isə xəstəxanaların, səhiyyə sisteminin  yüklənməsinə gətirib çıxarır. Ölkədə koronavirusla mübarizədə əldə olunan müsbət tendensiyanın mənfiylə əvəzlənməsi mütəxəssislər tərəfindən ciddi narahatlıqla qarşılanır. Əgər yoluxma daha da artarsa, karantin rejiminin sərtləşdirilməsi qaçılmaz olacaq.

Digər tərəfdən son aylar yayılmaqda olan “Britaniya ştammı”na ölkəmizdə də rast gəlinməsi narahatlığın artmasına səbəb olub. Avropa alimləri qeyd ediblər ki, yeni virusun yoluxuculuq faizi daha yüksəkdir. Ona görə də bir dəfə virusa yoluxan şəxsin təkrarən yeni ştamma yoluxması mümkündür. Lakin bu, yeganə ştamm deyil, başqaları da var, hətta yeni mutasiyalara da uğrama ehtimalı ola bilər.

Görünən odur ki, bu virus hələ uzun müddət aramızda qalacaq. Lakin dünyada total şəkildə vaksinasiya aparılarsa və hər kəs həmin prosesdən yayınmadan inyeksiya edilərsə, yoluxma faizi xeyli enə bilər. Ümid edək ki, vaksinasiya sahəsində ayrı-seçkilik tezliklə aradan qaldırılacaq, bütün ölkələr lazımi sayda peyvəndlə təmin olunacaq və bəşəriyyət bu virusla da savaşdan qalib çıxacaq.

 

Xəyalə MURADLI,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM