10:08 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir
ANA SƏHİFƏ / QƏBULLAR
07:11 03.11.2011

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Mohamed Əl-Ğaflinin etimadnaməsini qəbul etmişdir.

Səfir Salem Xalifa Mohamed Əl-Ğafli  fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Salem Xalifa Mohamed Əl-Ğafli  etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlərin böyük tarixə malik olduğunu və uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev ölkələrimizin həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyədə əməkdaşlıq etdiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərini və orada keçirdiyi görüşləri məmnunluqla xatırladı. Birləşmiş Ərəb Əmirliklərinin səfirliyinin ölkəmizdə fəaliyyətə başlamasından məmnunluğunu bildirən Prezident İlham Əliyev bunun əməkdaşlığımızın daha da dərinləşdirilməsi işi üçün  yaxşı imkan yaradacağını bildirdi.

Səfir Salem Xalifa Mohamed Əl-Ğafli  Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayid Al Nəhəyanın, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktumun və Abu-Dabi əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayid Al  Nəhəyanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Salem Xalifa Mohamed Əl-Ğafli  Birləşmiş Ərəb Əmirliklərinin ilk səfiri kimi ölkəmizdə fəaliyyətə başlamasından məmnunluğunu bildirdi.                 

Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayid Al Nəhəyanın, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktumun və Abu-Dabi əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayid Al Nəhəyanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə, Dubay Əmirinə, Abu-Dabi əmirliyinin vəliəhdinə çatdırmağı xahiş etdi.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM