12 Sentyabr 2014 05:09
496
Tədbirlər
A- A+

Prezident İlham Əliyev Bakı Fransız Liseyinin açılışında iştirak edib

Sentyabrın 12-də Bakı Fransız Liseyinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, insan kapitalının inkişaf etdirilməsi dövlət siyasətinin prinsiplərinin əsasını təşkil edir. Son illərdə ölkəmizdə müasir məktəb binaları tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub. Bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bölgələri də əhatə edib. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu proqramın reallaşmasına güclü dəstək verib. Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində ölkəmizdə yaşayan milli azlıqların təhsilinə xüsusi diqqət göstərilib. Bundan əlavə, Bakıda yaşayan əcnəbilərin övladlarının təhsili ilə bağlı problemlərin aradan qaldırılması da diqqətdən kənarda qalmayıb. Bu məqsədlə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr öz bəhrəsini verib. Bakı Fransız Liseyinin yaradılması ilə bağlı həyata keçirilən layihə də bu sırada mühüm yer tutub.
Qeyd edək ki, paytaxtın “Ağ şəhər” adlanan ərazisində inşa olunan bu təhsil ocağı 320 şagird yerlikdir. Müasir memarlıq quruluşu ilə diqqət çəkən liseyin binası yüksək səviyyədə inşa olunub. Sahəsi 14 min kvadratmetr olan liseydə təlim-tədris üçün bütün şərait yaradılıb.
Prezident İlham Əliyev liseyin rəmzi açılışını bildirən lenti kəsdi. Yüksək standartların tətbiq olunduğu bu tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla ibtidai təhsil və kollec-lisey qrupları fəaliyyət göstərəcək. Cari tədris ilində 100 şagird liseydə təhsil almağa başlayacaq.
Qeyd edək ki, liseyin təməli 2011-ci ilin oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya rəsmi səfəri çərçivəsində imzalanan “Azərbaycan və Fransa hökumətləri arasında Bakı Fransız Liseyinin yaradılmasına dair” Sazişə əsasən qoyulub. Yaradılmasına Heydər Əliyev Fondunun da dəstək verdiyi lisey ölkəmizdə müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaradacaq. Fransız Liseyində tədris uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulacaq. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılacaq. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə cavab verəcək və nazirlik tərəfindən tanınacaq. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar.
Xatırladaq ki, bu ilin mayında Fransa Prezidenti Fransua Olland da Azərbaycana rəsmi səfəri çərçivəsində Fransız Liseyinə gəlmiş və burada tikinti işlərinin gedişi ilə tanış olmuşdu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video