03:07 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Polşa səfiri: Qanunverici orqanlar arasında əməkdaşlıq dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır
ANA SƏHİFƏ / PARLAMENT
20:29 05.10.2021

 

Oktyabrın 5-də Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Parlamentin sədri Polşanın Azərbaycan üçün dost ölkə olduğunu söyləyərək, iki ölkə arasında siyasi sahədə olduğu kimi, iqtisadi və humanitar sahələrdə də geniş əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib. O, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsində dövlət başçıları və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin, tərəflər arasında imzalanan sənədlərin əhəmiyyətini vurğulayıb.

Sahibə Qafarova ötən ay Polşa Senatının sədri Tomas Qrodzki ilə Avstriyanın paytaxtı Vyanada keçirdiyi görüşü xatırlayaraq, görüşdə bir çox məsələlər ətrafında müzakirələr aparıldığını bildirib. Qanunverici orqanlar arasında münasibətlərin mövcud səviyyəsindən danışan Milli Məclisin sədri dostluq qruplarının uğurlu fəaliyyətinin, qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətini qeyd edib.

Görüşdə 44 günlük Vətən müharibəsindən və ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra bölgədə yaranmış yeni reallıqlardan söz açan Sahibə Qafarova diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan öz gücü hesabına torpaqlarını Ermənistanın işğalından azad edərək ərazi bütövlüyünü bərpa etdi. Ölkəmiz bununla da BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi. Münaqişənin artıq tarixə çevrildiyini bildirən Milli Məclisin sədri ölkəmizin işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərinə başladığını diqqətə çatdırıb. Sahibə Qafarova qeyd edib ki, Azərbaycan bölgədə daimi sülhün və sabitliyin təmin edilməsində maraqlıdır. Milli Məclisin sədri Ermənistanın hələ də təxribatlarını davam etdirdiyini və sabitliyə mane olduğunu vurğulayaraq, işğalçı ölkə tərəfindən törədilən təxribatlar haqqında məlumat verib.

Polşanın ölkəmizdəki səfiri Rafal Poborski ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. O deyib ki, Azərbaycan ilə Polşa arasında bir çox sahələri əhatə edən əlaqələr möhkəm əsaslara malikdir. Siyasi sahədə mövcud olan müsbət dialoqun iqtisadi, humanitar sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını söyləyən Rafal Poborski ölkəmizdə diplomatik fəaliyyəti dövründə dost ölkələrimiz arasında münasibətlərin daha da inkişafına töhfə vermək üçün çalışacağını bildirib.

Səfir qanunverici orqanlar arasında əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu əlaqələrin uğurlu inkişaf yolu keçdiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM