03 Sentyabr 2021 14:22
1258
DÜNYA
A- A+

Polşa Belarus ilə sərhəd bölgələrdə fövqəladə vəziyyət elan edib

 

Polşa Prezidenti Andjey Duda Belarus ilə sərhədboyu bölgələrdə fövqəladə vəziyyətin elan edilməsinə dair dekret imzalayıb.

AZƏRTAC xəbər verir ki, Polşa bununla qaçqın və qeyri-leqal miqrantların şərq qonşusunun ərazisindən keçərək ölkəyə qanunsuz daxil olmasının qarşını almağa çalışır.

Polşa Prezident Administrasiyasından bildirilib ki, dekret hökumətin müraciəti əsasında imzalanıb, çünki ölkənin Belarus ilə sərhədində vəziyyət ağır və təhlükəli olaraq qiymətləndirilir. Otuz gün qüvvədə olacaq fövqəladə vəziyyət sərhəd boyunca eni üç kilometr olan zolağı əhatə edir. Həmin zolaqda 183 yaşayış məntəqəsi yerləşir.

Fövqəladə vəziyyətin elan edildiyi bölgədə yerli sakinlərin hərəkəti sərbəst olacaq. Həmin ərazidə yaşayış qeydiyyatında olmayan şəxslərin, eləcə də mətbuat nümayəndələrinin bölgəyə daxil olmasına icazə verilməyəcək.

Polşa Parlamenti dövlət başçısının dekretini formal qaydada təsdiqləməlidir. Parlamentdəki mühafizəkar çoxluğun qərarın lehinə səs verəcəyi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video